CİKKİLDƏMƏK

f.
1. Cik-cik səs çıxarmaq (körpə quşlar haqqında).
Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş ovalarında. A.Səhhət.
Cik-cik gəldi, cikkildədi; Qanadını büküb dedi: – Yumurtadan çıxdım təzə; Umac verir nənə bizə. M.Dilbazi.

2. məc. dan. Yersiz söhbətə qarışmaq, müdaxilə etmək. Bu nə cikkildəyir?
CİKKİLDƏMƏ
CİKKİLDƏŞMƏ

Digər lüğətlərdə