COMƏRD

is. Mərd, alicənab.
Comərd igid heç qaçarmı meydandan; Qılınc çəkib hayıf alar düşməndən. Koroğlu”.
[Qadın:] Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım. M.S.Ordubadi.
Mənim zabitlər arasında da çox comərd yoldaşlarım vardır. M.İbrahimov.

// Əliaçıq, səxavətli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • COMƏRD comərd bax nəcib 1
  • COMƏRD səxavətli — əliaçıq — alicənab — mərd

Antonimlər (əks mənalı sözlər)

  • COMƏRD COMƏRD – XƏSİS Dəli-dolu, üzügülər, comərddir (A.Şaiq); Xəsis kaftar it sümüyü yığan kimi, anbarı doldurubdur mıx ilə
COĞRAFİYAŞÜNASLIQ
COMƏRDCƏSİNƏ

Digər lüğətlərdə