CÜMŞÜD

dəbdəbəli, cah-calallı; parıldayan, bərq vuran (İranın əfsanəvi şahlarından biri).
CÜMƏ
CÜNEYD
OBASTAN VİKİ
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.1913-cü ildə Kiyev şəhərində fəaliyyət göstərən "Ekstrafon" aksioner şirkətindən dəvət alan Cümşüd Kiyevə getmiş və burada "Segah", "Mahur", "Rast" muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırmışdır.Malıbəyli Cümşüd 1915-ci ildə, təqribən 70 yaşında Şuşada vəfat etmişdir.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. === Ailəsi === Ailəlidir, iki övladı, üç nəvəsi var. Arvad-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə == Elmi fəaliyyəti == 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, Naxçıvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Fəaliyyəti == 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri 1951–1952-ci ildə Azərbaycan Dövlət Unversitetində (indiki BDU) kimya fakültəsinin dekanı ,1957-1982-ci illərdə qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində işləmişdir. Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. 300-dən çox elmi əsərin müəllifidir. Elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var.1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, Suriya və Çexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür. == Əsərləri == Qeyri-üzvi kimya terminologiyası, B., 1939; Azərbaycanca üzvi kimya terminologiyasının prin-sipləri haqqında, B., 1941; Qeyri-üzvi kimya praktikumu, B., 1979; Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах, Б., 1960.
Cümşüd İbrahimli
Cümşüd Rəşid oğlu İbrahimli (1941, Borçalı) — rəssam. == Həyatı == 1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltaraşlıq" fakültəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir. Təyinatla Bakıya gələn (1973) cavan heykəltaraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltaraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır. Heykəltaraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir.
Cümşüd Əsgərov
Əsgərov Cümşüd Cümşüd oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Cümşüd Əsgərov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Malıbəyli Cümşüd
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.1913-cü ildə Kiyev şəhərində fəaliyyət göstərən "Ekstrafon" aksioner şirkətindən dəvət alan Cümşüd Kiyevə getmiş və burada "Segah", "Mahur", "Rast" muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırmışdır.Malıbəyli Cümşüd 1915-ci ildə, təqribən 70 yaşında Şuşada vəfat etmişdir.
Ceyhun Cümşüdov
Cümşüdov Ceyhun Şükür oğlu — Azərbaycan rejissoru, prodüser, aktyor. == Həyatı == Ceyhun Cümşüdov 13 yanvar 1973-cü ildə Şabran şəhərində (Dəvəçi) anadan olub.İlk orta təhsilni Şabran şəhər Tofiq Abbasov adına bir npmrəli orta məktəbində alıb.(1980-1990) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).Yeni Azərbaycan Partiyasının üzv seçilib.(1997) Azərbaycan Dövlət Gənclər Teatrında aktyor,(2002-2006) AzTV-də və 2006-2019 ilədək İctimai TV-də böyük rejissor,Həmkarlar ittifaqında ,təftiş komisyasının üzvü və sədri vəzifəsində çalışıb.2017 ci illərdə, vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə "Fədai" və "Vətən naminə" medalları ilə təltif olunub.2011-2019 ci ildək Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri ictimai birliyin üzvü və İctimayətlə əlaqələr üzrə referenti,2019 cu ilin iyun ayından həmin təşkilatın mətbuat xidmətinin rəhbəri vəzifəsində şalışır. 2015-cü ildən "peşəkar rejissorlar gidiyası"nın 2019 cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2022-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində prodüser vəzifəsidə çalışır. Ailəlidir üç övladı var. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) (rejissor assistenti) Bizim jek (film, 2010) (rejissor və aktyor) Şans (film, 2004) (rejissor assistenti) Qovğalı kəndinin gecələri (film, 2008) (aktyor, prodüser) Sonuncu dərviş (film, 2009) (prodüser) 220 №-li otaq (film, 2010)(aktyor) Saqqallı uşaq (film, 2010) (qurluşçu rejissor) Gəl təzədən evlənək (film, 2012) (qurluşçu rejissor) Üç görüş (film, 2012) (qurluşçu rejissor) Yollar uzanan gün... (film, 2014) (qurluşçu rejissor) Vətənim Azərbaycan (sənədli film,2019)(ssenari müəllifi və rejissoru)12. Sözün sehri (rejissor) 13. Ədəbi ensiklopediya (rejissor) 14. Azərbaycan klassikləri (rejissor) 15.
Cümşüdlü
Cümşüdlü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cümşüdlü Göygöl r-nunun Balçılı i.ə.v.-də kənd. Xeyrə çayının yaxınlığındadır. Yaşayış məntəqəsi XIX əsrin sonralarında cümşüdlü nəsli tərəfindən salınmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1674 nəfər əhali yaşayır. == Mədəniyyəti == Ərazisində qədim "Qız qalası" abidəsi yerləşir. == İqlimi == Kəndin iqlimi mülayim-istidir.
Orxan Cümşüdov
Orxan Sabutay oğlu Cümşüdov (1 sentyabr 1993; Goranboy rayonu, Azərbaycan — 1 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Cümşüdov 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
витамино... доперестро́ечный капони́р косхалва́ на электри́чке обмерза́ние повили́ца покачну́ться ва́рварский гни́да нефтепро́мысел подмета́льщик подъёмный примири́ть простра́нство фабри́чные brown bagging obreption precipitation smock frock troy-town voicer евнух заскакать подмерзать