CÜZAM

is. [ ər. ] tib. Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xronik xəstəlik, lepra.

Etimologiya

  • CÜZAM Ərəb sözüdür, hüceyrələrin çürüməsi ilə müşayiət olunan qorxulu xəstəliyin adıdır (ruslar buna “проказа”deyirlər)
CÜZ
CÜZAMLI
OBASTAN VİKİ
Cüzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.

Digər lüğətlərdə

благоскло́нно заполитизи́ровать мильто́н невырази́мое рейхста́г совокупле́ние тра́ктовый быть в разво́де иконопи́сец кержа́нка прииска́ние шипо́вый пассаж фаркать anchoress canaliculi cine pianola protomartyr roadie run away west-north-west прибавлять расшнуровываться стучать