DƏRDLİ

DƏRDLİ, QƏMLİ Zor-güclə bir zabil başladı pəsdən; Bu həzin, bu qəmli, bu dərdli səsdən (M.Rahim); DƏRD ƏHLİ Eşqdə bidərdlər eylər təəccüb halıma; Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb (S.Ə.Şirvani); DƏRDLİ-QƏMLİ [Sənəm:] Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü (S.S.Axundov); DƏRDMƏND (köhn.) Görünür ki, dərdmənddi (C.Məmmədquluzadə); DƏRDNAK (köhn.) Ta vicudum eşqiniz yolunda bulmuşdur həlak; Ayağın tozundan ayrı oldu canım dərdnak (Xətayi); ƏHLİ-DƏRD Müşküldü tab türreyi-tərrar qəhrinə; Rəhm eylər əhli-dərdə genə gah-gah zülf (Q.Zakir); QƏMLİ (bax).

DƏRDLƏŞMƏK
DƏRDMƏND

Digər lüğətlərdə