1. DƏRMAN [Dəmətoğlu:] Bir dərmanla bu xəstəliyini müalicə edirsən, o birinə zərər olur (H.Abbaszadə); DAVA Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən biri dava alırdı (Çəmənzəminli); DAVA-DƏRMAN Cavahir xanım: İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək (N.Vəzirov); ƏCZA Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu (Ə.Haqverdiyev); ƏLAC Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi (A.Şaiq); HƏB Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi (C.Məmmədquluzadə); MƏLHƏM (diriyə sürtmə dərman) O yaşatmaq məlhəminə çevrilir; Sağaldar derdi, mərəzi (M.Dilbazi).
2. dərman bax əlac 1