DAĞITMAQ

DAĞITMAQ [Azər:] Bağrım çatlayır, dünyanı dağıdaram, Zəhra? (M.İbrahimov); ALT-ÜST ETMƏK Nə buldular İskəndərlər, Çingizlər; Cahanı titrədib alt-üst etdilər (H.Cavid); DARMADAĞIN ETMƏK Qızıl Arslan ... Hüsaməddin və Qütlüğün iyirmi minlik ordusunu darmadağın edib Qəzvin şəhərini işğal etmişdi (M.S.Ordubadi); XARABAZARA DÖNDƏRMƏK Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyi ilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilirlər (M.S.Ordubadi); TAR-MAR ETMƏK (ELƏMƏK), XARABA QOYMAQ (qarğış kimi işlənir) Rüstəm bəy: Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdunu xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külünü havaya sovurdum (N.Vəzirov); UÇURMAQ (UÇURTMAQ) Anladım ki, bu həşərat heykəli Uçurtmaq fikrinə düşmüşlər (S.S.Axundov); VİRAN ETMƏK, VİRANƏ QOYMAQ Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi (C.Məmmədquluzadə); YERLƏ YEKSAN ETMƏK Vaxtı ilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi (Ə.Məmmədxanlı); YIXMAQ Hacı Mehdi: Allah harada ikiövrətlilər var, hamısının evini yıxsın, hamısını mənim günümə salsın (Ə.Haqverdiyev).

DAĞINIQLIQ
DAHA

Digər lüğətlərdə