DAVASIZ
DAVRANIŞLI
OBASTAN VİKİ
Davranış
Davranış — ən geniş mənasıyla fərdin hər hansı bir situasiya qarşısındakı total reaksiyası. Müəyyən bir davranış forması mühit və ya fərdlə mühit arasındakı əlaqə üzərində bəzi təsirlər yaradaraq situasiya dəyişdirər. Psixologiya artıq bir davranış elmi olaraq təyin olunmaqdadır. Bu düşüncə Con Votson tərəfindən ortaya atılmışdır. Votson, psixologiyanın obyektiv bir elm ola bilməsi üçün, yalnız birbaşa müşahidə və ölçülə bilən fenomenlərin ələ alınması lazım olduğunu irəli sürmüşdür, Votsona görə davranış, şərtli refleks törəyən və doğuşdan gələn bəzi mühərrik və guddesel reaksiya formalarına görə ibarət olan inteqrasiya xasiyyət sistemlərindən ibarətdir. Danışılan dillə bağlı xasiyyətlər, "emalı" bir xüsusiyyət daşıyabilmələrindən ötəri, xüsusilə vacibdir. Hələ ki, davranışçı ənənə və xüsusilə laboratoriya təcrübələrinin üzərində qurulub; lakin müasir experimenter psixoloqlar davranış daha ümumi təsvirlər meylində olub öyrənmə və motivasiya kimi proseslərlə əlaqədar nəzəri şərhlərini hipotetik, üzəri örtülü dəyişkənlərlə dilə gətirərlər. == Davranış pozğunluğu == ABŞ ədəbiyyatında hər hansı tipdə bir funksiya anormallığını təyin ümumi bir termin olaraq istifadə olunur; lakin İngiltərədə psixiatrik istifadəsi daha məhduddur. Çox vaxt, sözü edilən davranış və ya "hərəkətin" ictimai və ya etik baxımlardan bir qiymətləndirilməsi həyata keçirilir. Beləcə "davranış" termini bəzi psikopatik nəfərlik formaları üçün, ümumiyyətlə də uşaqlarda görülən və isyankar təcavüzkar (aqressiv) davranış, oğurluq və məktəbdən qaçma simptomları ilə təzahür edən bir psixiatrik pozuqluq kateqoriyası üçün istifadə edilməkdədir.
Aqonist davranış
Aqonist davranış (yunan. agonistikos — mübarizə qabiliyyəti) — mürəkkəb hərəkət kompleksi olub, eyni növə malik müxtəlif fərdlər arasındakı münaqişə zamanı müşahidə olunur. Məsələn, rəqibin üzərinə edilən hücum, özünümüdafiə, təhlükədən qaçmaq, təqib etmək, özünü və özünə tabe etdirmə hərəkətləri və s. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Davranış iqtisadiyyatı
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir. Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir. Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var: Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir. Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır. Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir. 2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ". 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı..Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü. == Tarixi == Klassik iqtisadiyyat dövründə mikroiqtisadiyyat psixologiya ilə sıx bağlı idi.
Təqlid (davranış)
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Antisosial davranış
Antisosial davranış — insanların hüquqlarını pozan və onlara zərər verən bir sıra hərəkətləri, o cümlədən oğurluq və fiziki zorakılıq kimi cinayət əməllərini, eləcə də yalan danışmaq və manipulyasiya etmək kimi cinayət xarakterli olmayan davranışları əhatə edir.
Korporativ davranış qaydaları
Korporativ davranış qaydaları — qiymətli kağızlar bazarı iştirakçıları tərəfindən uyğunluq üçün tövsiyə olunan və investorların hüquqlarının qorunmasına, habelə korporativ idarəetmənin digər aspektlərinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra qaydalar. == İlkin şərtlər == Davranış qaydalarının birbaşa müəllifləri ictimai kapital bazarlarına çıxışı olan və ya bu ölkələrə giriş istəyən iri şirkətlərdir. Qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatların həyata keçirildiyi fond birjaları və digər ticarət platformaları şəklində geyimli dövlət kapitalı bazarı, qiymətli kağızlar bazarında investorlar və emitentlərdən tənzimləyici və maliyyə orqanlarına qədər müxtəlif iştirakçıların maraqlarının uyğunlaşdırılması üçün kompleks bir mexanizmdir. İqtisadiyyatın inkişafı üçün son dərəcə vacib olan bu mexanizm eyni zamanda son dərəcə kövrəkdir, əgər balanssız olduqda ciddi problemlərə səbəb ola bilər. Dövlət kapital bazarlarının mürəkkəbliyi və kövrəkliyi onların davamlılığını təmin etmək üçün istifadə olunan tədbirləri və metodları kompleksləşdirir. Rəqabətli iş mühitində tələb olunan çeviklik və fərdilikdən məhrum olan dövlət tənzimləyici təsiri çatışmazlığı geniş şəkildə qəbul edilir. Qarşılıqlı inamı dərinləşdirmək və bunun əsasında əlavə rəqabətçi üstünlüklər əldə etmək üçün mövcud ehtiyacları cavablandıraraq qiymətli kağızlar bazarının iştirakçıları əlaqələrini uyğunlaşdırmaq üçün müstəqil olaraq müxtəlif mexanizmlər inkişaf etdirdilər. 80–90-cı illərdən bəri. Keçən əsrdə hökumətlər və beynəlxalq təşkilatların (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və s.) dəstəyi ilə bu səylər mərkəzləşdirilmiş və institusional hala gəldi. Bu fəaliyyətin nəticələrindən biri, təcrübələr və qiymətli kağızlar bazarı iştirakçıları icması tərəfindən bir sıra rəsmi tövsiyələr hazırlanan şirkətlər və investorlar arasında ən yaxşı əməkdaşlıq nümunələrinin ümumiləşdirilməsi idi.
İstehlakçının davranış nəzəriyyəsi
Ümumiyyətlə, Tələb əyrisi müəyyən məhsula olan ümumi tələbi əks etdirir. Bu əyrinin arxasında çoxlu sayda fərdin qərarları dayanır. İstehlakçılar müəyyən qiymət səviyyəsində hər hansı bir məhsulun alışını həyata keçirirlər. Qiymət qalxdıqca alınan məhsulun həcmi azalır, qiymət düşdükdə isə əksinə. Bu qərarların araşdırılması tələb əyrisinin arxasında dayanan məsələlərin öyrənilməsində vacibdir. Mikroiqtisadiyyatda fərdlərin müəyyən məhsul alan zaman verdikləri qərarları öyrənən bölməyə istehlakçı davranışnın nəzəriyyəsi və ya istehlakçı seçim nəzəriyyəsi deyilir İstehlakçının necə qərar verməsini və ya hansı məhsuldan və nə qədər alacağını müəyyənləşdirmək üçün ilk növbədə iki suala cavab axtarılır: İstehlakçı nəyi almaq imkanına malikdir? İstehlakçı nəyi almaq istəyir? İlk sual istehlakçının imkanı ilə bağlıdır və büdcə məhdudiyyətləri əyrisi vasitəsi ilə izah edilir. Büdcə məhdudiyyətləri istehlakçıların almaq imkanı olduğu istehlak paketlərini üçün məhdudiyyətləri əks etdirən əyridir. Sadə formada izah olunarsa, bu əyri istehlakçının almaq imkanına malik olduğu iki məhsulun müxtəlif konbinasiyaları təmsil edən nöktələrin birləşməsindən əmələ gəlir.
Koqnitiv-davranış psixoterapiyası
Koqnitiv davranış terapiyası (KDT; ing. cognitive behavioural therapy, CBT), Koqnitiv-davranış psixoterapiyası, və ya koqnitiv-bixevioral psixoterapiyası (KDP) — koqnitiv terapiya ilə davranış terapiyasını birləşdirən geniş istifadə olunan hərtərəfli psixoterapiya forması. Koqnitiv-davranış terapiyası müxtəlif psixi pozğunluqlar üçün effektivdir və düşüncələri dəyişdirməklə, xəstənin davranışını dəyişdirməklə və ya hər ikisini dəyişdirməklə uyğun olmayan emosional reaksiyaların dəyişdirilməsinə yönəlmiş qısamüddətli, bacarıqlara yönəlmiş müalicədir. == Tənqidi == KDT araşdırmaları davamlı mübahisələrin mövzusudur. Bəzi araşdırmaçılar onun başqa müalicə növlərindən daha effektiv olduğunu yazır. Bir sıra başqa araşdırmaçı və həkim isə bu iddiaların etibarlığını sual altına qoyur. Məsələn, bir araşdırmanın nəticəsi KDT-nın narahatlıq və depressiya üçün nisbətən üstün müalicə olduğunu göstərib. Lakin, həmin tədqiqata birbaşa cavab verən araşdırmaçılar yenidən təhlil apararaq, KDT-nin başqa xoşniyyətli müalicə üsullarından üstün olmadığı aşkar ediblər. Bundan əlavə, onlar KDT-nin daha on üç başqa klinik sınaqlarını yenidən tədqiq edərək, o nəticəyə gəliblər ki, həmin sınaqlar KDT-nin üstünlüyü sübut edə bacarmayıb.
Koqnitiv davranış terapiyası
Koqnitiv davranış terapiyası (KDT; ing. cognitive behavioural therapy, CBT), Koqnitiv-davranış psixoterapiyası, və ya koqnitiv-bixevioral psixoterapiyası (KDP) — koqnitiv terapiya ilə davranış terapiyasını birləşdirən geniş istifadə olunan hərtərəfli psixoterapiya forması. Koqnitiv-davranış terapiyası müxtəlif psixi pozğunluqlar üçün effektivdir və düşüncələri dəyişdirməklə, xəstənin davranışını dəyişdirməklə və ya hər ikisini dəyişdirməklə uyğun olmayan emosional reaksiyaların dəyişdirilməsinə yönəlmiş qısamüddətli, bacarıqlara yönəlmiş müalicədir. == Tənqidi == KDT araşdırmaları davamlı mübahisələrin mövzusudur. Bəzi araşdırmaçılar onun başqa müalicə növlərindən daha effektiv olduğunu yazır. Bir sıra başqa araşdırmaçı və həkim isə bu iddiaların etibarlığını sual altına qoyur. Məsələn, bir araşdırmanın nəticəsi KDT-nın narahatlıq və depressiya üçün nisbətən üstün müalicə olduğunu göstərib. Lakin, həmin tədqiqata birbaşa cavab verən araşdırmaçılar yenidən təhlil apararaq, KDT-nin başqa xoşniyyətli müalicə üsullarından üstün olmadığı aşkar ediblər. Bundan əlavə, onlar KDT-nin daha on üç başqa klinik sınaqlarını yenidən tədqiq edərək, o nəticəyə gəliblər ki, həmin sınaqlar KDT-nin üstünlüyü sübut edə bacarmayıb. === Tərk etmə dərəcəsi === KDT araşdırmalarının tərk etmə dərəcəsi yüksəkdir.
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.
İnsanın seksual davranışı
İnsanın seksual fəaliyyəti — insanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.) qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər. Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur.
İstehlakçı davranışı
İstehlakçı davranışı (ing. consumer behavior) — fərdlərin, qrupların və ya təşkilatların və mal və xidmətlərin alınması, istifadəsi və xaric edilməsi ilə bağlı bütün fəaliyyətlərin, o cümlədən istehlakçının bu hərəkətlərdən əvvəl və ya sonra gələn emosional, zehni və davranış reaksiyalarının öyrənilməsidir. İstehlakçı davranışı 1940-50-ci illərdə marketinqdə fərqli bir intizam kimi ortaya çıxdı. İstehlakçı davranışı psixologiya, sosiologiya, sosial antropologiya, antropologiya, etnoqrafiya, marketinq və iqtisadiyyatın (xüsusilə davranış) elementlərini birləşdirən fənlərarası sosial elmdir. Bu elm duyğuların, davranışların və üstünlüklərin alış-veriş davranışına necə təsir etdiyini araşdırır. İstehlakçı davranışının tədqiqi satın almadan əvvəl fəaliyyətdən tutmuş istehlaka, qiymətləndirməyə və satınalma sonrası xaricə qədər satınalma davranışının bütün aspektləri ilə məşğul olur. Həmçinin brend təsir edənlər və rəy liderləri də daxil olmaqla, birbaşa və ya dolayısı ilə satınalma və istehlak qərarlarında iştirak edən bütün şəxslərə aiddir. Tədqiqatlar göstərdi ki, istehlakçı davranışını hətta bu sahədə mütəxəssislər üçün də proqnozlaşdırmaq çətindir. Bununla belə, istehlak etnoqrafiyası və nevrologiya kimi yeni tədqiqat metodları istehlakçıların necə qərar qəbul etmələrinə yeni işıq salır. Müştərilərlə Əlaqələrin İdarə Edilməsi (CRM) verilənlər bazası müştəri davranışını təhlil etmək üçün bir aktivə çevrilmişdir.
İnformasiya davranışı
İnformasiya davranışı (ing. Information Behavior) — insanın məlumat axtarışı, əldə etməsi, istifadə etməsi və paylaşması ilə bağlı fəaliyyətlərini öyrənən bir sahədir. Qeyd olunan anlayış, xüsusilə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha geniş miqyasda tədqiq edilir. İnformasiya davranışı kitabxana elmi, psixologiya, sosiologiya və digər sosial elmlərin kəsişməsində tədqiq olunan multidissiplinar bir mövzudur. == Əsas Aspektləri == === İnformasiya ehtiyacı === İnformasiya davranışı adətən bir informasiya ehtiyacı ilə başlayır. Bu, bir fərdin bilmədiyi və öyrənmək istədiyi məlumatlar ola bilər. İnformasiya ehtiyacı şüurlu və ya qeyri-şüuri şəkildə baş verə bilər. Məsələn, bir tələbə imtahana hazırlaşarkən konkret məlumatlara ehtiyac duyur. === İnformasiya axtarışı === İnformasiya ehtiyacını qarşılamaq üçün insanlar məlumatları axtarmağa başlayır. İnformasiya axtarışı aktiv bir prosesdir və fərdlər müxtəlif mənbələrə müraciət edə bilər.

Digər lüğətlərdə