QADI

(Borçalı, Qazax, Şəmkir, Tovuz)
lovğa
QADAYBALA
QADI-QADI
OBASTAN VİKİ
Dürrüadən Qadınəfəndi
Dürrüadən Qadınəfəndi (16 may 1860, Soçi – 17 oktyabr 1909, Konstantinopol) — 35. Osmanlı sultanı V Mehmedin ikinci xanımı. == Həyatı == Dürrüadən xanım Mustafa bəy Voçibenin qızı idi. Qardaşı Əziz bəyin qızı İnşirah, Şahzadə Vahidəddin ilə evlənmişdi. Ailəsi rus zülmü səbəbilə İstanbula gəlmiş, 3–4 yaşlarında olan Dürrüadən isə saraya təslim edilmişdi. Saray tərbiyəsi alan 16 yaşlı Dürrüadən xanım 10 oktyabr 1876-cı ildə Şahzadə Mehmed Rəşadla vəliəhd sarayında evləndi. Evləndikdən 2 il sonra oğlu Şahzadə Nəcməddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq kifoz olaraq dünyaya gəlmişdi və yeriyə bilmirdi. Bu səbəblə heç vaxt evlənə bilmədi. Oğlunun ağır vəziyyəti səbəbilə əziyyət çəkən Dürrüadən xanım isə vərəmə tutuldu və 17 oktyabr 1909 tarixində İstanbulda vəfat etdi.
Dürrünəv Qadınəfəndi
Dürrünəv Qadınəfəndi (15 mart 1835, Batomi – 4 dekabr 1895, Feriye sarayı, Konstantinopol) — 32-ci Osmanlı sultanı Əbdüləzizin ilk xanımı. == Həyatı == Dürrünəv xanım 1835-ci ildə Batumidə əslən abxaz olan Mahmud bəy və Həlimə xanımın ailəsində dünyaya gəldi. Əsl adı Mələk olub, özündən başqa Ayşə və Aliyə adlı 2 bacısı da var idi. Gələcəkdə oğlu Yusif İzzəddin Əfəndini bacısı Ayşə xanımın qızı Cavidanla evləndirəcək, digər bacısı Aliyənin qızı Əminəni isə illər sonra saraya alaraq Şahzadə Mehmedlə (V Muradla) evləndirəcəkdi. 3 yaşlı Mələk və kiçik bacısı Ayşə İstanbula gətirildi və ailəsi tərəfindən Osmanlı sarayına təslim edildilər. Uzun sarı saçları və iri gözləri ilə sarayda çox tez sevilən Mələk bacısıyla birlikdə, Sultan Əbdülməcidin övladı olmayan xanımı Sərvətsəza xanım tərəfindən övladlığa götürüldü. Mələyin adı Dürrünəv, bacısı Ayşənin adı isə Kəmalifər olaraq dəyişdirildi. Sarayda türk-İslam tərbiyəsi alan bacılar eyni zamanda fransız dilini də öyrəndilər. Mükəmməl təhsil alan Dürrünəv xanım gənc yaşlarından rəsm çəkməyə başladı. Çox keçmədən dövrün vəliəhdi Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi.
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Ekvador qadın milli voleybol komandası
Ekvador qadın milli voleybol komandası — Ekvadorun ən güclü qadın voleybolçularının toplaşdığı komanda. Cənubi Amerikanın bu ölkəsində voleybola marağın az olması və milli komandalarının zəif çıxışı düz mütənasibdir. Belə ki, milli komanda seçmə mərhələsi belə olmayan Cənubi Amerika Çempionatına yalnız bir dəfə qatılmışdır. 1977-ci ildə tarixindəki ilk və son ən böyük turnirinə qatılan Ekvador millisinin Peruda keçirilən turnirdə nəticəsi də ürəkaçan olmamışdır. Onlar səkkiz komanadanın içində səkkizinci yəni, sonuncu yeri tutmuşlar. Ölkə milli komandasına özlərinin Federación Ecuatoriana de Voleibol adlandırdığı federasiya yəni, Ekvador Voleybol Federasiyası nəzarət edir. Hər halda federasiya gələcəkdə milli komandanın ən azından beynəlxalq turnirlərdə iştirakı üçün plan üzrə işləməlidir.
Ermənistan milli voleybol komandası (qadınlar)
Ermənistan qadın milli voleybol komandası — Ermənistanı qadın voleybolunda yoldaşlıq görüşlərində və beyəlxalq turnirlərdə təmsil edən komandadır. Ancaq bu millinin hələ ki, heç bir beynəlxalq turnirdə çıxışı yoxdur. "FİVB"nın 131 milli komandadan ibarət reytinq siyahısına adı salınmaması buna bariz nümunədir. Bu ölkədə voleybola nəzarət isə Ermənistan Voleybol Federasiyasının (FSRA) əlindədir. Ermənistanda Voleybol Federasiyası bu ölkədəki bir çox məşhur idman növləri kimi 1991-ci ildə yaradılmışdır. Əlbəttə ki, buna səbəb ölkənin SSRİ-nin tərkibində olması idi. Ümumiyyətlə, bu ölkədə voleybolun hələ uzun müddət maraqsız bir sahə kimi qalacağı gözlənilir. Belə ki, milli komanda "CEV"in üzvü olsa da hələ də Ermənistanın qadın voleybolçuları heç bir turnirə qatılmaq üçün cəhd göstərməmişlər.
Ermənistan qadın milli voleybol komandası
Ermənistan qadın milli voleybol komandası — Ermənistanı qadın voleybolunda yoldaşlıq görüşlərində və beyəlxalq turnirlərdə təmsil edən komandadır. Ancaq bu millinin hələ ki, heç bir beynəlxalq turnirdə çıxışı yoxdur. "FİVB"nın 131 milli komandadan ibarət reytinq siyahısına adı salınmaması buna bariz nümunədir. Bu ölkədə voleybola nəzarət isə Ermənistan Voleybol Federasiyasının (FSRA) əlindədir. Ermənistanda Voleybol Federasiyası bu ölkədəki bir çox məşhur idman növləri kimi 1991-ci ildə yaradılmışdır. Əlbəttə ki, buna səbəb ölkənin SSRİ-nin tərkibində olması idi. Ümumiyyətlə, bu ölkədə voleybolun hələ uzun müddət maraqsız bir sahə kimi qalacağı gözlənilir. Belə ki, milli komanda "CEV"in üzvü olsa da hələ də Ermənistanın qadın voleybolçuları heç bir turnirə qatılmaq üçün cəhd göstərməmişlər.
Filippin qadın milli voleybol komandası
Filippin qadın milli voleybol komandası — Filippini qadın voleybolunda təmsil edən əsas milli komanda. Filippin Voleybol Federasiyası milli komandaya nəzarət edir. Federasiya Asiya Voleybol Konfederasiyasının tabeliyindədir. == Tarixi == Fillippin voleybolda elədə güclü komandalardan deyil. Buna komandanın qazandığı nəticələr baxaraq da inanmaq olar. Belə ki, milli komandanın ən böyük uğuru 1974-cü ildə keçirilən dünya çempionatına vəsiqə qazanmalarıdır. Həmin turnirdə də komanda yalnız 18-ci yeri tuta bilmişdi. Asiya və Okeaniya çempionatında səkkiz dəfə final mərhələsinə yüksələ bilən milli komandanın ən böyük uğuru 1983-cü ildə qazandığı beşincilikdir. Qitə miqyaslı olimpiada olan Asiya Oyunlarında isə yalnız keçmişdə yaxşı nəticələr qazana bilmişdir. Belə ki, milli komanda bu turnirə 1982-ci ildən bəri yüksələ bilmir.
FİFA Qadınlararası Dünya Kuboku
FİFA Qadınlararası Dünya Kuboku — FİFA-nın himayəsi altında keçirilən rəsmi beynəlxalq qadın futbol yarışı. İlk yarış 1991-ci ildə keçirilib və o vaxtdan bəri hər 4 ildən bir, kişilərin çempionatından sonra isə həmişə növbəti il ​​keçirilir. Qadınlararası Dünya Kubokuna 6 ölkə ev sahibliyi edib. ABŞ və Çin - iki dəfə, Kanada, Fransa, Almaniya və İsveç isə bir dəfə turnirə ev sahibliyi edib.
FİFA Qadınlararası dünya çempionatı
FİFA Qadınlararası Dünya Kuboku — FİFA-nın himayəsi altında keçirilən rəsmi beynəlxalq qadın futbol yarışı. İlk yarış 1991-ci ildə keçirilib və o vaxtdan bəri hər 4 ildən bir, kişilərin çempionatından sonra isə həmişə növbəti il ​​keçirilir. Qadınlararası Dünya Kubokuna 6 ölkə ev sahibliyi edib. ABŞ və Çin - iki dəfə, Kanada, Fransa, Almaniya və İsveç isə bir dəfə turnirə ev sahibliyi edib.
FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012
FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Çempionat 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır. == Çempionatın tarixi == FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 28 Oktyabr-16 Noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Yeni Zelandiyada oyunlar əsasən Ouklənd, Hamilton, Vellington, Kristçörç şəhərlərində keçirilib. Çempionatda iştirak edən 16 komandadan Şimali Koreya və Amerika Birləşmiş Ştatları finalda qarşılaşıb və Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib. Çempionat 5-25 sentyabr 2010-cu il tarixlərində keçirilib. Trinidad və Tobaqoda keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatında 16 ölkədən komandalar iştirak etmişlər.
Fəryal Qadınəfəndi
Fəryal Qadınəfəndi (1845, Fransa – 21 fevral 1902, Misir) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, I Fuadın anası. == Həyatı == Əslən fransız olan Fəryal xanım 1845-ci ildə dünyaya gəldi. Xədiv İsmayıl Paşanın hərəminə necə və nə vaxt girdiyi məlum deyil. Ancaq mənbələrdə xanım yerinə Qadınəfəndi olaraq anılması, onun kəniz və ya cariyə olaraq saraya alındığını sübut edir. Yeganə övladı olan Əhməd Fuad 26 mart 1868-ci ildə Cizə sarayında dünyaya gəldi. Ancaq oğlu hələ 11 yaşında ikən İsmayıl Paşa İstanbuldan göndərilən fərmanla taxtdan endirildi və yerinə xədivin digər xanımından doğulan oğlu Tofiq Paşa Misir xədivliyinə gətirildi. Öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan İsmayıl Paşanın 1895-ci ildə vəfatı ilə dul qalan Fəryal xanım 21 fevral 1902-ci ildə oğlunun səltənətini görmədən Qahirədəki Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Oğlu Fuad Paşa isə anasına olduqca bağlı biri idi və "F" hərfinin ona uğur gətirdiyinə inanırdı. Bu səbəblə bütün övladlarına (Fövqiyyə, Faruq, Fövziyyə, Faizə, Faiqə, Fəthiyyə) bu hərflə başlayan adlar qoydu.
Gənc Qadının Kişisi (1988)
Gənc qadın təkbuynuzla
Gənc qadın təkbuynuzla (it. Dama col liocorno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadın təkbuynuzla" əsəri hal-hazırda İtaliyada, Roma şəhərində saxlanılır.
Gənc qadının kişisi (film, 1988)
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Gənc qadının porterti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (İrəvani)
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir. == Təsviri == Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib. Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir.
Heyranıdil Qadınəfəndi
Heyranıdil Qadınəfəndi (d. 2 noyabr 1846 — ö. 26 noyabr 1895) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı. == Həyatı == Heyranıdil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu. Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1895-ci ildə Ortaköydə vəfat etdi.
Hoşyar Qadınəfəndi
Hoşyar Qadınəfəndi (ö. 21 iyun 1886) — Osmanlıların Misir və Sudan hakimi Kavalalı İbrahim Paşanın xanımı, ilk Misir xədivi İsmayıl Paşanın anası, Misirin Validə Paşası. == Həyatı == === İlk illəri === Əslən çərkəz olub, bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Pərtəvniyal xanım Sultan Mahmudun hərəminə, Hoşyar xanım isə Misir hakimi Kavalalı Mehmed Əli Paşanın böyük oğlu İbrahim bəylə evləndirilib Qahirəyə göndərildi. Yeganə övladı olan İsmayıl bəyi 31 dekabr 1830-cu ildə dünyaya gətirdi. Həmin ilin fevralında bacısı Pərtəvniyal Sultanın da bir oğlu dünyaya gəlmiş, Əbdüləziz adlı bu oğul gələcəkdə Osmanlı sultanı olaraq Kavalalılarla yaxın əlaqələr quracaqdır. 18 yanvar 1863-cü ildə Səid Paşanın vəfatı ilə oğlu İsmayıl Paşa Misir hakimi təyin edildi və Hoşyar xanım Validə Paşa ünvanı aldı. === Validə Paşa illəri === Hoşyar xanım hər kəs tərəfindən sevilən və atdığı hər addım söz-söhbətə səbəb olan bir qadın idi. Oğlu üzərində və dövlət idarəsindəki nüfuzu o qədər güclü idi ki, Osmanlı sultanı Sultan Əbdüləzizin Misir səyahəti əsnasında Osmaniyə nişanı ilə təltif edildi. Qəsr-əl-Ali sarayında dəbdəbəli həyat yaşayan Hoşyar xanım xədiv olan oğlunun etimad etdiyi sayılı insanlardan biri idi.
Hörümçək-qadın (Qven Steysi)
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Kamboca milli futbol komandası (Qadınlar)
Kameliya ilə qadın (film, 1941)
Kameliya ilə qadın — 1941-ci ildə istehsal olunmuş Misir filmi. == Rollarda == Tanınmış müğənni Leyla Murad bu filmdə çəkilmişdir.
Kamerun qadın milli voleybol komandası
Kamerun qadın milli voleybol komandası — Kamerunu qadın voleybolunda beynəlxalq arenada və yoldaşlıq matçlarında təmsil edən milli komanda. Milli komandaya Kamerun Voleybol Federasiyası nəzarət edir. == Tarixi == Kamerun milli komandası son vaxtlar böyük çıxış yaxalayan Afrika komandasıdır. Komandanın Afrika çempionatındakı son uğurları və dünya çempionatına qazandığı vəsiqələr bunun bariz nümunəsidir. Afrika çempionatında iki dəfə ikincilik yaşayan komandanın bundan başqa da uğurları vardır. Belə ki, milli komanda beş qat Afrika üçüncüsüdür. Bununla yanaşı komanda son iki Afrika Oyunlarını da (2007 və 2011) gümüş medalla başa vurmuşdur. 1991-ci ildə də Kamerun millisi Afrika Oyunlarını medalla (bürünc medal) başa vura bilmişdi. 2006-cı ilin dünya çempionatına vəsiqə qazanmaqla tarixinin ən böyük nailiyyətlərindən birinə imza atan Kamerun millisi həmin dünya çempionatında son 4 yerdən birini tutmuşdu. Dörd il sonra keçirilən mundiala vəsiqə qazana bilməyən yığma İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanaraq adını bütün dünyaya tanıtmağa başlamışdı.
Keniya qadın milli voleybol komandası
Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.
Kenya qadın milli voleybol komandası
Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.

Digər lüğətlərdə