DİLARƏ

Fars sözüdür, mənası “ürəyi bəzəyən”, “ürəkaçan” (yəni “gözəl”) deməkdir. Arə sözü farsca arəstən (bəzəmək) feili ilə kökdaşdır. Gülarə sözü isə “gül kimi bə­zəkli, yaraşıqlı”, “açılmış gül”, “pardaq gül” (gül kimi zərif olan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DİL
DİLAVƏR
OBASTAN VİKİ
Dilarə Azaflı
Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; 5 mart 1947, Azaflı, Tovuz rayonu – 25 avqust 2005, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub. 1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub. == Yaradıcılığı == 14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.
Dilarə Babayeva
Dilarə Cəbrayılova
Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. == Həyatı == Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Dilarə Dostuzadə
Dilarə Əlimuxtar qızı Dostuzadə — Azərbaycan alimi, Karreksion pedaqogika üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Dilarə Dostuzadə 1946-cı il yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Türkan qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə qəsəbədəki 119 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə həmin məktəbin VIII sinfini bitirmiş, 79 saylı Fəhlə və Gənclər məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1961—1966-cı illərdə 119 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır. 1963—1964 tədris ilində V.İ.Lenin adına APİ-nin "İbtidai təhsil pedaqokikası və metodikası" fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1969-cu ildə oranə bitirmişdir. 1966-cı ildən 119 saylı orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır. 1970—1975-ci ilə kimi yerli sovetlərə deputat seçilmişdir. 1971-ci ildə pedoqoji fəaliyyətinə görə "Əməkdə fərqlənmə üzrə medalı" ilə təltif olunmuşdur. 1973—1975-ci ilə kimi 119 saylı orta məktəbdə "Tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləmişdir. 1979—1990-cı illərdə Respublika 1 saylı karlar internat məktəbində müəllim işləmişdir. 1987-ci ildə Azərbaycan SSR Pedaqoji Cəmiyyətinin "Fəxri Fərmanı"na layiq görülmüşdür.
Dilarə Fərəcullayeva
Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası. == Həyatı == 1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatr səhnəsindəki rolları == Vlasta - («Məktub», Panço Pançov) Zərnigar - («Arvadımın əri», Xuqayev) Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov) Vera- («Polad əridənlər», Bokaryev) Vanda - («İtkin ər», Əli Əmirli) Qəmər - («Xoşbəxt gün», Əli Əmirli) Müxbir- («Varlı qadın», Əli Əmirli) Bikə - («Vida marşı», F.Mustafayev) Mariya - («Qara qutu», F.Mustafayev) Cadugər - («Makbet», V.Şekspir) Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir) Savka Xala - («Nazirin xanımı», Nuşic) Şlyapa - («Aktyor və krall», Qorin) İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə) Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə) Culiya – («Siçan və pişik», R.Əlizadə) Qaz – («Tülkü həccə gedir», R.Əlizadə) Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov) Məşədxanım – («Pasport», R.Abdullayev Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin) Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları) Aparıcı – («Yaxşı padşahın nağılı», Anar) Yasəmən – («İnan mənə», A.İdrisoğlu) Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli) Cavan qız – («Labirint», E.Hüseynbəyli) Valeriya – («Ördək ovu», A.Vampilov) Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət) Lyuba – («Vicdanın hökmü», H.Mirələmov) Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva) Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin) Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) == Filmoqrafiya == Sirr (teleserial, 2012) Ögey ata (film, 2013) Həyat varsa...
Dilarə Fətəliyeva
Dilarə Hüseynova
Dilarə Əşrəf qızı Hüseynova — fizika-riyaziyyat elmləri doktoru (1992), professor == Həyatı == Dilarə Əşrəf qızı Hüseynova 1941-ci il avqustun 22-də Bakıda, görkəmli alim Əşrəf Hüseynovun ailəsdində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakultəsini bitirmişdir. Elə həmin ildə Azərbbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant olaraq işə başlamış, sonra kiçik elmi işçi (1964—1977), böyük elmi işçi (1977—1994), aparıcı elmi işçivəzifələrində çalışmıdır. Hal-hazırda həmin institutun baş elmi işçisidir. D.Ə.Hüseynova 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını almışdır. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir. Akademik Eldar Salayevin həyat yoldaşıdır. Elmi əsərlərinin sayı — 85 Xaricdə dərc olunan əsərlərinin sayı — 67 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 61 Kadr hazırlığı — 1 elmləri doktoru və 3 fəlsəfə doktoru Dil bilikləri — Azərbaycan, Rus, İngilis == Elmi fəaliyyəti == Yarımkeçiricilər və dielektriklər fizikası sahəsində aldığı elmi nəticələr ölkəmizdə və xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur, 85-dən çox elmi işin müəllifidir, beynəlxalq və ölkə səviyyəli bir sıra elmi konfrans və seminarlarda məruzə ilə çıxış etmişdir. A 4 B 6 {\displaystyle A^{4}B^{6}} laylı yarımkeçirici birləşmələrin zona quruluşunun hesablanması, onlarda kimyəvi əlaqənin müəyyən edilməsi, A 4 B 6 {\displaystyle A^{4}B^{6}} ortorombik yarımkeçirici birləşmələrin qəfəs dinamikasının öyrənilməsi, Brüllen zonasının mərkəzində fonon tezliklərinin təzyiqdən asılılığının hesablanması (Hesablamalar göstərmişdir ki, 29 GPa təzyiq yaxınlığında sadədən baza mərkəzləşmiş qəfəsə faza keçidi baş verir) onun əsas elmi nəticələrindəndir. == Əsas elmi əsərləri == 1.
Dilarə Kazımova
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi. == Həyatı == Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır. 2015-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir. == Fəaliyyəti == İlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir.
Dilarə Lokmanhekim
Dilarə Lokmanhekim (18 aprel 1994) — Türkiyəli cüdoçu. Dilarə Lokmanhekim Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Dilarə Lokmanhekim birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 52 kq çəkidə, 1/4 final mərhələsində Özbəkistanın nümayəndəsi Diyora Keldiyorova ilə üz-üzə gəldi. Həmin görüşdə Dilarə Lokmanhekim rəqibinə 0:1 hesabı ilə uduzdu.
Dilarə Murtuzəliyeva
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), == Həyatı == Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Dilarə Nəzərova
Nəzərova Dilarə Şamil qızı — aktrisa. == Həyatı == Dilarə Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə ("Yanmış evin nağılı" A.Zeynalov), Taclıbəyim ("Çaldıran döyüşü" İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə ("Müsyö Jordan" M.F.Axundov), Əzrayıl ("Dəli Domrul" Dədə Qorqud Dastanı) kimi obrazlar yaratmışdır. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində aşağıdakı rolları ifa edib: Güllər ("Ah, Paris…Paris!.." Elçin), Kəniz ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Susanna ("Aydın" C.Cabbarlı), Böcək ("Köhnə ev" Ə.Əmirli) Səkinə ("Bu dünyanın adamları" Hidayət), Papopa ("Fedra" J.Rasin), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bettino ("Silindr", Eduardo de Filippo). == Filmoqrafiya == İtkin gəlin (film, 1994) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rol: Səidə Yük (film, 1995) Kiçik leytenant (film, 1996) Ölümə dəvətnamə (film, 1999) Bığ əhvalatı Bağdada putyovka var...
Dilarə Qulamova
Dilarə Qulamova — pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının müəlliməsi. == Həyatı == Dilarə Qulamova bir sıra görkəmli opera və vokal sənətçilərini (Lütfiyar İmanov, Fidan Qasımova, Xuraman Qasımova və s.) fortepianoda müşayiət etmişdir. Mahnılar müəllifidir, "Ömür yolu bircə andır" adlı musiqili mono-tamaşanın müsiqisini yazmışdır. Hamlet İsaxanlının fəlsəfi şeirlər silsiləsi üzrə yazılmış bu tamaşanın vokal ifaçısı Rəşidə Rəşid (Behbudova), digər iştirakçılar isə Dövlət Pantomim Teatrının aktyorları olmuşlar.
Dilarə Seyidzadə
Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentin köməkçisi (1997–1998, 1999–2019), 1-ci dərəcə dövlət müşaviri (2004), tarix elmləri doktoru. == Həyatı == Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1961–1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978–1983-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.
Dilarə Səlim
Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist, Mədəniyyət telekanalın direktoru (10.01.2024-cu il tarixindən) == Həyatı == Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub.
Dilarə Əliyeva
Dilarə Əliyeva (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Dilarə Əliyeva (aktrisa) — aktrisa.
Dilarə Əliyeva (aktrisa)
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), == Həyatı == Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Dilarə Əliyeva (dirijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Dilarə Əliyeva (drijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Dilarə Əliyeva (ədəbiyyatşünas)
Əliyeva Dilarə Ələkbər qızı (14 dekabr 1929, Tiflis – 19 aprel 1991, Qax) — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan SSR əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci ildən Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990). == Həyatı == Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan SSR EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada rus dilində "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. 1984-cü ildə rus dilində "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir. 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Значение слова в других словарях