DOLUŞMAQ
DOMBALAQ
OBASTAN VİKİ
Dombabinə
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Leonis dombalanı
Leonis dombalanı (Elmi adı — Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. == Qısa morfoloji təsviri == Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4–6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir, meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.
Yay dombalanı
Yay dombalanı (Elmi adı - Tuber aestivum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır. Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir.

Digər lüğətlərdə