DOĞRU

1. DOĞRU [Cabbar bəy:] Elə bu dəsgahlardan görünür ki, kişi böyük adamdır; doğru buyurursunuz (N.Vəzirov); ÇİN (arx.) Sənəm: Vaxsey, evim yıxıldı, yuxum çin çıxdı (M.İbrahimov); DÜRÜST Daha Könül özünü saxlaya bilməyib, onun barəsində dürüst öyrəndiklərini bir-birinin dalınca üzünə vurdu (X.Hasilova); DÜZ (dan.) Onun dedikləri həmişə düz çıxırdı (M.İbrahimov); DÜZGÜN Lakin bu sualların heç birinə düzgün cavab vermək olmazdı (M.Hüseyn); GERÇƏK Ləbinə çeşməyi-heyvan dedilər, gerçək imiş (S.Ə.Şirvani); HAQQ Boğulmuş nə qədər haqq danışanlar (S.Vurğun); HESABİ (dan.) Teymur ağa: Bu hesabi sözdür.. (M.F.Axundzadə); SƏHİH Vəli: Bəli, bəli, ağa səhih buyurur... (F.Sadıqzadə).

2. doğru bax sarı 1; tərəf 1

DOĞMAYAN
DOĞRUDAN

Digər lüğətlərdə