1. DÖNMƏK (gedərkən başqa tərəfə istiqamətini dəyişmək) Davud gedə-gedə dönüb arxaya baxırdı, nigaran idi (H.Abbaszadə); BURULMAQ Onlar Firdovsi mehmanxanasının yanından sağa buruldular (M.İbrahimov); ÇEVRİLMƏK Şahin səsə diksinib gözünü açdı, qeyri-adi cəldliklə arxaya çevrildi (B.Bayramov); ÇÖNMƏK [Xudayar bəy] bir qədər gedib, çöndü sol küçəyə (C.Məmmədquluzadə).
2. dönmək bax qayıtmaq