DƏHNƏ

(Cəlilabad, Təbriz, Tovuz, Zəngilan)
yüyən. – Atın dəhnəsin almeydilər, dəhnəli-zaddi qaçeydi (Cəlilabad); – Dəhnəni keçir atın ağzına (Zəngilan); – Dəhnə o gejə atın ağzında qalmışdı (Təbriz)
DƏHMƏRRƏMƏX’
DƏHNƏLƏMƏG
OBASTAN VİKİ
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Böyük Dəhnə
Böyük Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. == Tarixi == Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (ölçü bildirir) və dəhnə (fars. "çay ağzı, keçid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır. == Mədəniyyəti == 1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir. == Coğrafiyası və iqlimi == Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi. == Əhalisi == Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır. === Tanınmış şəxsləri === Gülyanaq Məmmədova — Yüksək dərəcəli vokalist – Müğənni.
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəhnə dağı
Dəhnə dağı — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında, Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, "Qurdqapısı" keçidindən 3 km cənub-qərbdə dağ (hünd. 1154,2 m). Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Kiçik Dəhnə
Kiçik Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Ümumi == Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır. Əhalisi 14 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb var. Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı, Calqalı, Dəmiyə və s. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.
Qırız dəhnə
Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi.
Dəhnə qalası
Böyük Dəhnə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Kiçik Dəhnə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəhnəxəlil
Dəhnəxəlil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Dəhnəxəlil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Dəhnəxəlil kəndi Yuxarı Qolqəti kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Oykonim dəhnə (ağız, başlanğıc) və xəlil (Şirvan zonasında geniş ərazidə yayılmış xəlilli tayfasının adından) komponentlərindən düzəlib. Turyançay Ağdaş Şəhəri yaxınlığında, Bozdağdan düzənə çıxdıqdan sonra sağa burularaq indiki yatağı ilə axır. Köhnə yatağında çayın düzənə çıxdığı yer vaxtilə Dəhnə adlanmış, oykonimin birinci komponenti də buradan yaranmışdır. Kəndin adı "dəhnədə yerləşən Xəlilli kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km şimal şərqdə, Türyançayın sol sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 1518 nəfərdir. Yerli əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir.
Dəhnəxəlil bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəhnəz
Dəhnəz — İrəvan quberniyasının İrəvan qəzasında (Sonra Vedi rayonunda), indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Dəhnəz kəndi Ciğin dərəsində yerləşirdi. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Yerli tələffüz forması Daynaz. == Əhalisi == Dəhnəzdə 1919-cu ildə 450 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə böyük fəlakət törətmişdir. Gecə camaat çirin yuxuda olarkən kəndə basqın edib mühasirəyə almışlar. Evlərə, ot tayalaraına od vurub yandırmışlar. Evdən çıxan ya güllələnmiş, ya qılıncdan keçirilmiş. 150-dən artıq insanın başı kötüyn üstə qoyulub balta ilə kəsilmişdir.
Eldar Dəhnəvi
Eldar Dəhnəvi (Dəhnəvi Eldar Musa oğlu; d. 1966. Kiçik Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — Tatarıstan alimi; Kimya elmləri doktoru. Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru. NİOST “Sibur holdinq” ASC‑nin riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi. == Həyatı == Dəhnəvi Eldar Musa oğlu 1966-cı il mayın 17-də Azərbaycan Respublikasının Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu “lakların, boyaların, lak və boya materiallarının texnologiyası” ixtisası üzrə əla qiymətlərlə bitirib və həmin institutun aspiranturasına qəbul edilib. Aspirant olarkən ictimai fəaliyyətlə aktiv məşğul olub. E.Dəhnəvi 1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaradıb və ona sədrlik edib. 1993-cü ildə texnika elmləri namizədi elmi dərəcəsini almaq üçün “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyası yazıb.

Digər lüğətlərdə