I
(Ağdam, Ağcabədi, Xocavənd, İmişli, Kürdəmir)
quzu saxlanılan yer. – Quzuları dəlmiyə saldım (Ağcabədi); – Körpə quzuya yer altdan dəlmə düzəlderix’ (İmişli); – Ə:, Sa:bır, quzi dəlmədədü? (Kürdəmir); – Mə:m quzumun dəlməsi yaman pisəlif (Xocavənd)
II
(Şamaxı, Tovuz)
1. soba borusunu bayıra çıxarmaq üçün pəncərə və ya divarda açılan dəlik
2. su keçmək üçün çəpərin altında açılan dəlik
III
(Quba)
tapdalanma nəticəsində hasar, çəpər üzərində açılmış keçid. – Bağa dəlmədən gir