Times Higher Education–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır.
2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur:
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004)
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005)
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006)
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007)
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008)
Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009)
Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər. Nəticədə 2009-cu ildə "Times Higher Education" jurnalı "Quacquarelli Symonds" şirkətindən ayrılaraq "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayır.