FIRÇA

is. Rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və. s. topasından ibarət alət. Rəngsaz fırçası. Fırça ilə kağıza yapışqan sürtmək.
– Xınalıq gecələrinin gözəlliyi mahir bir rəssam fırçası ilə canlansa, bu lövhəyə baxanlar onun həqiqətinə çətin inanarlar. R.Rza.
Əsmər, bir əlində palitra, o biri əlində fırça, iri qovaq ağacının altında molbertin qabağında dayanıb şəkil çəkirdi. M.Süleymanov.

// Üz qırxanda sabun sürtmək üçün kiçik şotka.
Sübhanverdizadə camı bir əlinə götürüb, ayna qabağına yeridi və fırça ilə üzünü sabunlayıb suvadı. S.Rəhimov.

Etimologiya

  • FIRÇA İtalyancadır. Bizdə qılqələm deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FIR
FIRÇILDAMA

Digər lüğətlərdə