FIRLANMAQ

f.
1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək.
[Qüdrət:] Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı.
Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal.

2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. Evin ətrafına fırlanmaq.
– …Qənbərli dönüb motorun dövrəsinə fırlandı. S.Rəhimov.

3. Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək.
Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. S.S.Axundov.
Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.

4. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. Parkda fırlanmaq.
[Qurban:] Heç, elə bazara çıxdım, bir az fırlandım, qayıtdım. Ə.Haqverdiyev.
Anası [Tahirin] çox o yan-bu yana fırlandığını hiss edib, xəmirdən əllərini çıxarmayaraq arxaya sarı boylandı… M.Hüseyn.

5. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək.
Gənc bir doktor daima [Yaqutun] başı yanında fırlanırdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIRLANMAQ 1. FIRLANMAQ (müxtəlif mənalarda) [Pərviz:] ..cücələr pəncərə qabağına sıçrayır, yeşiyin ətrafında fırlanır

Etimologiya

  • FIRLANMAQ Güman ki, əylənmək, hərlənmək, fırlanmaq sözləri tarixi baxımdan qo­hum olub və hamısı sinonim mənaya malikdir
FIRLANMA
FIRLATMA

Digər lüğətlərdə

банкно́та моше́ннический неутоли́мость обвора́чивать поселе́нец термобума́га донжуа́нство инверсионный ту́фельный умно́житься ша́хматный adolescent boatage boucle facsimile floorcloth gayness Graecophil kinglike narcissism nihilist obtainment sex hormone staffman приручение