1. FASİLƏ [Fəridə:] Fasilədə biz onu oyadıb yenə bir tikə kotlet verdik (M.İbrahimov); ANTRAKT (teatrda, konsertdə) Bizim operalarda hər bir opera üçün zəruri olan reçitativlər, oxuyanlar üçün ayrıca bitkin partiyalar, ansambl, antraktlar yox idi (Ü.Hacıbəyov); PAUZA Qısa pauzadan sonra Ceyran xala danışmağa başladı (İ.Əfəndiyev); TƏNƏFFÜS Cövdət tənəffüs qurtarmamış şöbəyə gəlib yerində oturdu (H.Abbaszadə).
2. FASİLƏ, MƏSAFƏ, ARA