FƏQİRANƏ

[ ər. fəqir və fars. …anə]
1. zərf klas. Fağır kimi, yazıqcasına, acizcəsinə, yazıq-yazıq, fağır-fağır. Fəqiranə baxmaq. Fəqiranə yalvarmaq.
2. sif. Kasıb, yoxsul, miskin. Fəqiranə bir mənzil. Fəqiranə həyat.
– Baxmasız guşeyiçeşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur. M.Ə.Sabir.
Züleyxa, Aslanı fəqiranə, miskin və məhzun görüb, tez Fərhadın deyil, əvvəlcə Aslanın boynunu qucaqlayaraq ağladı. C.Cabbarlı.

FƏQİR
FƏQİRLİK

Digər lüğətlərdə

бандури́ст вьюро́к перебеси́ться хорони́ться шпа́ндырь ви́лочный войти в часть злоде́йски мо́дус поруга́ние резно́й уколоти́ть чаба́н оскор arthr- craggy decolourize equative fumulus haplology Jocelyn thrashing Watertown прокурить трубопровод