GÖYLÜK₂

is.
1. bax göyərtilik. Göylüyü sulamaq.
2. Otlaq, otluq, yaşıllıq. Sürünü göylüyə buraxmaq.
– Bəzəsin çölləri başdan-başa göylük, otluq; Ta əzəldən bizə yaddır qıtlıq. S.Rüstəm.
Örüşdən dönən heyvanlar göylükdən ayrılıb yola çıxır. İ.Hüseynov.

// Bağbağat, yaşıllıq.
Evlər itsin içində; Yaşıllığın, göylüyün. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖYLÜK I GÖYLÜK, MAVİLİK II GÖYLÜK, OTLUQ, YAŞILLIQ III göylük bax xəsislik
  • GÖYLÜK xəsislik — simiclik
  • GÖYLÜK otluq — çəmənlik

Omonimlər

  • GÖYLÜK GÖYLÜK I is. Göy olan yer. Dağların ətəklərindəki göylük ayazıyır, şəklini dəyişirdi (S.Rəhimov). GÖYLÜK II is
GÖYLÜ
GÖYLÜK₁

Digər lüğətlərdə