GÜLƏBƏTİN


1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap.
[Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski.

2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın.
– Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif.

3. sif. məc. Sarı, sarı-qızılı. Güləbətin saç.

Omonimlər

  • GÜLƏBƏTİN GÜLƏBƏTİN I is. bot. Çöl bitkisi. Bu yerlərin istiliyinə baxma, güləbətin az bitir buralarda. GÜLƏBƏTİN II is

Etimologiya

  • GÜLƏBƏTİN Alınma sözdür, “qızıl və gümüş qarışığı olan sap” deməkdir. Belə sap­dan toxunmuş parça da güləbətin adlanır
GÜLDÜRÜCÜLÜK
GÜLƏBƏTİNLİ

Digər lüğətlərdə