GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı (M.Hüseyn); Qəzet gərək operativ olsun, həyatla ayaqlaşsın (C.Əmirov).
GERİLƏMƏK – İRƏLİLƏMƏK Mehriban Zeynalı elə halda görüncə qorxub gerilədi (S.Hüseyn); Küləyin müqavimətini qıraraq yüngülcə qaçıb irəlilədi (M.İbrahimov).