is. 1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq.
– Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov.
□ Girəvəyə salmaq – tora salmaq, aldatmaq.
Ağaməcid … hərifi girəvəyə salıb onun çiynindən bir təpik vurdu. Mir Cəlal.
2. Əlverişli vəziyyət, fürsət, imkan.
Dovşan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Axtarırdı girəvə. R.Rza.
□ Girəvə düşmək – fürsət düşmək, imkan yaranmaq.
Güldəstənin analığının bir xasiyyəti var idi: əri biriki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi. Ə.Haqverdiyev.
Girəvə tapmaq – bax
girəvələmək.
Lakin [Gülyaz] özünü möhkəm saxladı və girəvə tapıb var gücü ilə canavarın qarnına vurdu. Q.İlkin.
[Kişi Vahidə:] İndisə düşmən mənə də girəvə tapdı, qurğu qurdu. B.Bayramov.
Girəvəni əldən buraxmaq (qaçırmaq) – fürsəti əldən vermək, imkandan istifadə etməmək.