Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair
Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir.
Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir.
Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.