HARMA

I
(Qazax)
taxça. – Səniö:rüm papağın harmada qalsın
II
(Karvansaray, Qazax)
evdə dirəklərin üstünə qoyulan ağac. – Damın harması quruyuf (Qazax)
HARIN
HASALAX
OBASTAN VİKİ
Harmandöven (İğdır)
Harmandöven — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == kəndin adı 1918-ci il mənbələrində Harmaşen, 1928-ci il qaynaqlarında Germaşov və 1946-ci ildə isə Germeşof olaraq keçməkdədir. Kəndin öncəki adı çevrədə yetişən germeşof bitkisinin adından gəlməkdədir. 1960-cı ildə sonra "Harmandöven" adını almışdır. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. Kəndin qüzeyində Karvansaray məhəlləsi və Nişanqaya; şərqində Mezraa; qərbində Asma; güneyində isə Şərqi Bəyazidin Qucaq kəndi yer alır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 251 nəfər kürd yaşayırdı. Kəndin Karvansaray adlı məhəlləsində isə o dönəmdə 211 kürd yaşamışdır.
Harmatan
Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının, həmçinin müvafiq mövsümün yerli adı. == Təsirlər == Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır. Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra və məhsula ciddi ziyan vura bilər. Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər. === Harmattan dumanı === Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.
Harmattan və ya Hamattan
Mehmet Harmancı
Mehmet Harmancı (d. 28 dekabr 1977, Lefkoşa, Kipr Türk Federal Dövləti) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyunn 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Peganum harmala
Adi üzərlik (lat. Peganum harmala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü. == Təbii yayılması == Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Salix tetrasperma var. harmandii
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.