İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa.
◊ Hirs bağırsaqlarını (bağırsağını) kəsmək – bərk hirslənmək, hiddətlənmək, qəzəblənmək.
Hirsi təpəsinə (başına, kəlləsinə) vurmaq – bərk hiddətlənmək, çox hirslənmək, qəzəblənmək.
Cümşüd bəy qulaq asdı, qulaq asdı, hirsi təpəsinə vurdu və birdən-birə səsini ucaldıb dedi…
Hirsi tutmaq – hirslənmək, qəzəblənmək, acığı tutmaq.
[Sultan bəy:] Mənim də hirsim tutar, vurub öldürərəm.
Hirsi yatmaq, soyumaq – hirsi keçmək, qəzəbi keçmək, sakitləşmək.
Xan eşikağasının sözlərindən mütəəssir olub, hirsi yatdı.
Sədrin hirsi soyudu.
Hirsindən dodaqlarını (zəncir, cilov) çeynəmək (gəmirmək) – çox bərk hirslənmək, qəzəblənmək.
Mahmud hirsindən dodaqlarını çeynəyib, öz kişiliyini göstərməyi və arvadı evdə kötəkləməyi qət etdi.
Hirsindən qovrulmaq – hirsindən, acığından nə edəcəyini bilməmək, hirs boğmaq.
Hirsini basmaq (boğmaq, yemək) – hiddətini, hirsini yatırtmaq, özünü saxlamaq, hirsini, acığını büruzə verməməyə çalışmaq.
Ha adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.
Elman hirsini boğub, Ceyran xanımın dalınca baxdı.