Ho Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…], Kim Lien[d], Fransa Hind-Çini – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi.
== Həyatı ==
== Siyasi fəaliyyəti ==
İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.