HUMANİZM
HUŞ
OBASTAN VİKİ
Huşəng Azəroğlu
Huşəng Azəroğlu (1938, Ənzəli, Gilan ostanı – 19 iyun 2019, Ənzəli, Gilan ostanı) — azərbaycanlı müğənni və aktyor. 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb. == Həyatı və fəaliyyəti == Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar Qaryağdıoğlunun ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu İslam İnqilabına qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb.
Huşəng Cəfəri
Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam. == Həyatı == Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür. == Zəncan == Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Huşəng ibn Kavus
Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu. == Hakimiyyəti == Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi.
Huşartsan
Huşartsan — erməni soyqırımı qurbanlarına həsr olunmuş ilk memorial olan mərmər abidə. Bu, 1919-cu ildə Osmanlı imperiyasının İstanbul şəhərində, Taksim meydanı yaxınlığında, qismən indiki Gəzi parkı ərazisində ucalmışdır. Abidə keçmiş Panqaltı erməni qəbiristanlığının ərazisində yerləşirdi. 1922-ci ildə Türk Milli Hərəkatı zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir. == Tarixi == İlk anım mərasimindən sonra soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması planları həyata keçirilmişdir. Layihəni həyata keçirmək üçün komissiya yaradılmışdır. Nəhayət, abidə 1919-cu ildə Panqaltı erməni qəbiristanlığının ərazisində ucaldılmışdır. Daha sonra 1930-cu illərdə Türkiyə hökuməti tərəfindən sökülərək müsadirə edilən qəbiristanlıq İstanbulun Taksim meydanı yaxınlığında, indiki Gəzi parkında yerləşirdi. Abidə erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ilk memorial olmuşdur. 1922-ci ildə Türk Milli Hərəkatının dirçəlməsi zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir.

Digər lüğətlərdə