HÖKMFƏRMA

is. [ ər. hökm və fars. …fərma] Hökm sürmə, hökmran olma.
Lakin … [Muxtar] sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. Çəmənzəminli.
Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi. M.S.Ordubadi.

□ Hökmfərma olmaq1) hökm sürmək, hökmran olmaq.
[Cavad bəy:] …Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq… N.Vəzirov;

2) məc. çox yayılmaq, şiddət göstərmək.
[Xarrat:] Nə edəsən ki, məhəlləmizdə hökmfərma olan bir gözağrısı hasil oldu, buna sirayət etdi. T.Ş.Simurq.
…Kərimovun səsi ətrafda hökmfərma olan gözəl ahəngi pozdu… H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖKMFƏRMA HÖKMFƏRMA Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi (M.S.Ordubadi); HÖKMRAN Qış bütün səhərə hökmran olaraq hər tərəfi qalın ağ bir örtüyə sanmı
HÖKMƏN
HÖKMLÜ

Digər lüğətlərdə

землепа́шеский кисли́чный ма́зер мни́тельный нетранспорта́бельность овси́шко Ро́бин Гуд бензо... грейпфру́товый докуме́кать изменить декора́ции осове́ло светоме́трия ватола ado areolae asteriated interrelationship Korean quizzical railway-crossing willowy икота молодуха папист