HÜMAYUN

[ fars. ]
1. is. Azərbaycan klassik muğamlarından birinin adı.
Milləndi qığılcım kimi zülmətdə hümayun; Dağ üstünə dağ basdı müsibətdə hümayun; Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış; Fəryadda Segah, gizli şikayətdə hümayun. B.Vahabzadə.

2. sif. Uğurlu, məsud, mübarək mənasında olub, keçmişdə padşahlar, sultanlar və onlarla bağlı şeylər haqqında deyilən söz.
[Vəliəhd şahzadə haqqında:] Bu xəyanətkarın xəyanəti nəticəsində uzun müddətdir ki, əlahəzrət hümayuna gecə-gündüz yuxu haram olmuşdu. P.Makulu.

◊ Hümayun ağı köhn. – qalın ağ parça növü.
Vəzir … bir erkəyi öldürtdürüb, hümayun ağına bükdürdü. Qurbani”.
[Əsəd kişi:] Hümayun ağıdır, on beş arşın, məni ona bükərsiniz. B.Bayramov.

HÜLQUMLAMAQ
HÜMMƏT
OBASTAN VİKİ
Hümayun
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri , 2) yeddi əsas muğam dəstgahlardan biri . Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir. == Söz açımı == "Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir. == Tarixçə == XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi. == Humayun muğam dəstgahı kimi == === Humayun muğamı Azərbaycan musiqisində === Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır. Bu muğam hümayun, feili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgahdır. Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda "Bərdaşt" olmur.
Hümayun (Bicar)
Hümayun (fars. همايون‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hümayun (dəqiqləşdirmə)
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri. Hümayun türbəsi — ‎Hümayun (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
Sultan Hümayun
Sultan Humayun (6 mart 1508, Kabil – 27 yanvar 1556, Dehli, Böyük Moğol imperiyası) — Böyük Moğollar sülaləsinin 2-ci və 10-cu padşahı. == Həyatı == Atası Sultan Baburun ölümündən sonra taxta çıxan Humayun Böyük Moğol imperiyası taxtında 25 il səltənət sürdü. Ancaq səltənətinin hələ ilk illərində taxtına göz dikənlərə və atasının məğlub etdiyi düşmənlərlə mübarizə etmək məcburiyyətində qaldı. 6 qardaşı vardı. Onlara və başqa qohumlarına geniş ərazilər və başqa hədiyyələr verərək taxtını qorudu. == Siyasi fəaliyyəti == Hakimiyyətinin ilk illərində Sultan Humayun ciddi təhlükələrlə qarşılaşdı. Ludi hökmdarı Mahmud Ludi əfqan əmirləri və bəzi racələr ilə birləşərək Humayuna qarşı hərəkət etdi. Qucerat hökmdarını da hərəkət üçün təhrik etdi. Lakin Humayun şah ikisini də məğlub etdi. Ancaq çox keçmədən Humayun şah və qardaşları arasında da qovğa başlandı.
Hümayun Şəcərian
Hümayun Şəcərian (fars. همايون شجريان‎ 21 may 1975, Tehran) — iranlı musiqiçi, ənənəvi fars klassik müğənnisi. Məşhur iranlı musiqiçi Məhəmməd Rza Şəcərianın oğludur. == Bioqrafiyası == 1975-ci ildə Tehran şəhərində doğulub və ənənəvi Fars musiqisinin böyük ustadı vokalçı Məhəmməd Rza Şəcərianın oğludur. Kiçik yaşlarında ənənəvi fars vokalı sayılan Avazı öyrənməyə başlayıb.

Digər lüğətlərdə

заря́дчица маре́на по-матро́сски пустодо́мничать телета́йп тёмное ували́ть ути́ные черепосло́в шифрова́ться информа́тика окра́ина телефоногра́мма трюка́ческий бом квелить практика Basedow's disease farctate gainly hymenopteran ruderal адрес вероятность заряд