HƏTTA

bağl. [ ər. ] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir – üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar.
– Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev.
[Əntərzadə] nəinki səliqə və məharətini, hətta başını da itirdi. Mir Cəlal.

// Bəzən təkid üçün “belə” ədatı da əlavə olunmaqla işlədilir. Hətta gözümlə görsəm belə inanmaram.
– Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. M.S.Ordubadi.

HƏŞTADYAŞLI
HƏVALƏ

Digər lüğətlərdə

австрия́чка ветви́сто градонача́льник завали́ть ла́зерщик помельча́ть пробо́ина се́ймовый дружелю́бный излучи́ться лесовозобновле́ние многонациона́льный намори́ть нереалисти́ческий пропи́ливание пятачко́вый стрела́ терпи́мый antistrophe chirognomy альманах выстрадать ледорез претор приёмный