İRQİ
İRLANDCA
OBASTAN VİKİ
Qədim İrland dili
Qədim İrland dili (Goídelc) İrland dili və digər Qal dillərinin VI-X əsrlər arasındakı formasıdır. X əsrdə Orta İrland dilinə çevrilmişdir. Qədim İrland dili müasir İrland dili, Men dili və Şotland dilinin əcdadıdır.
İrland dili
İrland dili — İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir. Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat.
İrland viskisi
İrland viskisi (irl. Fuisce və ya uisce beatha) — İrlandiya adasında hazırlanmış viski. "Viski" sözü irlandca uisce beatha sözündən gəlir, həyat suyu deməkdir. İrlandiya viskisi bir vaxtlar dünyanın ən məşhur içkisi idi, lakin 19-cu əsrin sonlarından etibarən uzun müddət davam edən tənəzzül sənayeyə elə təsir etdi ki, İrlandiyada 1890-cı illərdə ən azı 28 içki zavodu olsa da, 1966-cı ilə qədər bu rəqəm cəmi ikiyə düşdü və 1972-ci ilə qədər qalan içki zavodları, Bushmills Distillery və Old Midleton Distillery (New Midleton Distillery ilə əvəz olundu) yalnız bir şirkətə, Irish Distillers-ə məxsus idi. Monopoliya vəziyyəti akademik olaraq düşünülmüş Cooley Distillery adlı yeni distillə zavodunun işə salınması başa çatdı. 1990-cı illərdən etibarən İrlandiya viskisi yenidən populyarlıq qazandı və 1990-cı ildən bu yana hər il dünyada ən sürətlə böyüyən içkilərdəndir. Mövcud içki zavodları genişləndirildi və bir sıra yeni içki zavodları tikildi, ixrac isə ildə 15%-dən çox artdı. 2019-cu ilin dekabr ayına olan məlumata görə, İrlandiyada 32 içki zavodu fəaliyyət göstərir, daha çoxu planlaşdırılır və inkişaf etdirilir.
Maykl Kollins (irland lider)
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890 – 22 avqust 1922[…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi. İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı. 1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.
Yeni il İrlandiyada
Yeni il İrlandiyada — İrlandiyada təntənə ilə qeyd olunan bayram Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və "Bu evdə və bütün dünyada sülh naminə" badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni İrlandiya
Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km², əhalisi 118 350 nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir. == Cografiya == Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. == Başlanğıcı və səbəbləri == Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. == Tarixi == İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
İrlandiya Könüllüləri
İrlandiya Könüllüləri(irl. Óglaigh na hÉireann) və ya İrland Könüllü Qüvvəsi və ya İrland Könüllü Ordusu—İrland milliyətçiləri tərəfindən 1913-də yaradılmış hərbi təşkilat. 1912-ci ildə yaradılan Ulster sədaqətçilərinə əks təşkilat olaraq quruldu və əsas məqsədinin "İrlandiya xalqının hüquq və azadlıqlarını qorumaq" olduğunu elan etdi. Üzvlər Kelt Liqası,Şinn Feyn və İrlandiya Respublikaçı Birliyindən ibarət idi. 1914-cü ilin ortalarına qədər sürətlə artaraq sayları 200000-ə çatan İrlandiya Könüllüləri Con Redmondun Britaniya qüvvələrinə olan sadiqliyi təşkilatı kiçik qruplara parçaladı.
İrlandiya Milli Kitabxanası
İrlandiya Milli Kitabxanası - İrlandiyanın milli kitabxanası. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. == Tarixi == 1877-ci ildə Dublində yaradılmışdır. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. Çap məhsulları, fotoqrafiya və əlyazmalar və təhsil şöbələri vardır. 1990-cı ildən elektron kitabxana yaratmağa başlamışdır. Oxucular informasiyanı avtomatlaşdırılmış kataloq vasitəsilə əldə edir. Kitabxananın sas məqsədi kitabxana fondunu istifadəçilərin tələbainə uyğunlaşdırmaqdır. İstifadə səviyyəsinə görə fond aktiv və passiv hissələrə bölünür.
İrlandiya Müasir İncəsənət Muzeyi
İrlandiya Müasir İncəsənət Muzeyi (irl. Áras Nua-Ealaíne na hÉireann) və ya qısaca IMMA — İrlandiyanın paytaxtı Dublində yerləşir. == Tarixi == İrlandiya Müasir İncəsənət Muzeyi 1991-ci ildə XVII əsrdə tikilmiş köhnə Kral mehmanxanasının binasında təşkil olunmuşdur . Binanın müasir incəsənət muzeyi üçün yenidən qurulması zamanı müasir tələblər səviyyəsində binanın daxilində eksponatların yerləşdirilməsi zamanı işıqlandırmanın lazımi səviyyədə olması üçün şüşə pillələrdən və arakəsmələrdən istifadə olunmuşdur . Muzeydə mövsümi sərgilər, teatr tamaşaları və konsertlər təşkil olunur.
İrlandiya Qırmızı Xaç Cəmiyyəti
İrlandiya Qırmızı Xaç Cəmiyyəti (ing. Irish Red Cross) — 1939-ci il iyulun 1-də 1938-ci il Qırmızı Xaç Qanununun şərtləri ilə Dublin Şəhər Xəstəxanasının tibb bacısı Elizabet O Herrin tərəfindən təsis edilmişdir. Onun konstitusiyası 1949-cu il Cenevrə Konvensiyasına, 1977 və 2005-ci ildəki İrlandiyanin da bir hissəsi olduğu əlavə protokollara (Cenevrə Konvensiyaları), İrlandiya Parlamentinin aktlarına və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının müvafiq müddəalarına əsaslanır. == Fəaliyyəti == Cəmiyyət İrlandiya Müdafiə Nazirliyi tərəfindən dəstəklənir və ümumi xərci 739.000 avroya başa gəlir. Bununla yanaşı Müdafiə Nazirliyi hər il Beynəlxalq Qırmızı Xaç Komitəsinə 130 min avro verir. Son bir neçə il ərzində təşkilat əhəmiyyətli idarəetmə və struktur dəyişikliklərini həyata keçirmişdir. 2011-ci ildə yeni idarə heyəti ilə yeni baş katib təyin olundu. Cəmiyyət könüllü olaraq təşkil edilir. İrlandiyada onların fəaliyyətlərinə dağ xilasetməsi, ictimaiyyətin ilk yardım təhsili, ictimai tədbirlərdə ilk yardım və təcili yardım xidmətlərinin təmin edilməsi, yaşlılar üçün müəyyən xidmətlər və qayğıya ehtiyacı olan digər xidmətlər daxildir. İrlandiyadan kənarda cəmiyyət təbii fəlakətlərə və münaqişə bölgələrinə reabilitasiya və humanitar xidmətlər göstərir.
İrlandiya Respublikası
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür.
İrlandiya Respublikaçı Birliyi
İrlandiya Respublikaçı Birliyi-1858-1924 illəri arasında demokratik İrlandiya Respublikasının qurulması üçün yaradılmış gizli təşkilat.
İrlandiya Respublikaçı Ordusu
İrlandiya Respublikaçı Ordusu (IRA) (irl. Óglaigh na hÉireann)—İrlandiya Respublikasının qurulması üçün yaradılmış inqilabçı yarımhərbi təşkilat. Pasxa üsyanını başladan İrlandiya Könüllülərindən yaradılan İrlandiya Respublikaçı Ordusu 1919-cu ildə təsis edilən irland parlamenti tərəfindən rəsmi ordu olaraq tanındı. Bundan sonra,İRA İrlandiya İstiqlal müharibəsində uğurlu bir şəkildə hərbi əməliyatlar təşkil edə bilmişdir. İstiqlal müharibəsini sonlandıran Anqlo-İrland sülh müqaviləsinin imzalanması ilə İRA-da ayrılıqlar meydana gəldi. Müqaviləni dəstəkləyən üzvlər İrlandiya Milli Ordusunun özəyini təşkil edirdi. Bununla belə,İRA-nın böyük bir hissəsi bu müqaviləyə qarşı çıxmışdı. Müqaviləyə qarşı çıxan İRA döyüşçüləri müqavilədən sonra yaranan İrlandiya Azad Dövlətinə qarşı İrlandiya vətəndaş müharibəsini başlatdılar. Bu müharibədə məğlub olan İRA döyüşçüləri (müqavivələyə qarşı çıxanlar) İrlandiya Azad Dövlətini və Şimali İrlandiya hökumətini devirmək üçün varlığını dəvam etdirdi.
İrlandiya bayrağı
İrlandiya bayrağı (irl.An Bhratach Náisiúnta) — İrlandiyanın Dövlət bayrağı. Bayraq üç rəngdən ibarətdir (yaşıl, ağ, və narıncı). Bayrağın hər rəngi ölkədəki ən yayılmış din konfessiyasıları bildirir: yaşıl katolisizmi, narıncı protestantizmini və ağ həmin konfessiyalar arasında sülhü bildirir. === Bayrağın tarixi və onu dövlət bayrağı kimi qəbul edilməsi === İlk dəfə bayraq Parisdə 1848-ci ildə Tomas Frensis Meqer tərəfindən ifadə edildi. Dövlət bayrağı kimi ilk dəfə 1916-cı ildə Pasxa üsyanında ( irl.Éirí Amach na Cásca ) istifadə edilmişdir.
İrlandiya baş nazirlərinin siyahısı
== Siyahı == == Xronoloji diaqramı == == İstinadlar == == Xarici keçidlər == "İrlandiyanın baş nazirinin rəsmi saytı". (ing.) "İrlandiya Respublikasının konstitusiyası" (PDF).
İrlandiya himni
Əsgərin mahnısı (irl. Amhrán na bhFiann) — irlandca mahnı, İrlandiya Respublikasının dövlət himni. == Müəlliflər və yaranma tarixi == Əvvəldən sözləri 1907-ci ildə Pidar Kirni (Peadar Kearney) ingilis dilində yazmışdı. Sonra, Partrik Hini ilə bir yerdə musiqi qoşulmuşdu, Layam O'Rinn (Liam Ó Rinn) sözləri irland dilinə tərcümə etmişdir. Birinci dəfə mahnının sözləri 1912-ci ildə Balmer Xobson ilə ingilis dilində "İrland azadlıqı" («Irish Freedom») qəzetində dərc olmuşdu. İrland respublikaçılar arasında, mahnı çox məşhur olmuşdu və üsyançılar Pasxa qiyamı vaxtında onu oxuyardılar, sonra da Britaniya həbsxana düşərgəsilərində. İrland dilində sözləri 1 noyabr 1923-cü ildə irland müdafiə güc jurnalında "An tÓglach" çap olmuşdu. İrlandiya dövlət himni kimi bu mahnı 1926-cı olub, Britaniyalı «God Save the King» əvəz edib. Köfnə himn, heç getmirdi təzə azad İrlandiya dövlətinə. İrlandiya himni ancaq "Əsgərin mahnısı" mahnının xorudur, hansıkın irland dilində oxuyullar.
İrlandiya milli futbol komandası
İrlandiya milli futbol komandası - İrlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
İrlandiya milli futbol komandasının het-triklərinin siyahısı
Bu İrlandiya milli futbol komandasında het-trikə imza atmış futbolçuların siyahısıdır. Buraya həmçinin Azad İrland Dövləti (1924–36) və İrlandiya (1937–52) kimi adlanan dövrlərdə vurulmuş qollar daxildir. İrlandiya Respublikasının tərkibində imza atılmış bütün het-triklər ev matçlarında vurulmuşdur. Robbi Kin millinin tərkibində ən çox, 3 dəfə het-trikə imza atmışdır.
İrlandiya mətbəxi
İrlandiya mətbəxinin əsasını kelt yeməkləri təşkil edir. Onların qidalarında əsas yeri kartof və balıq tutur. Sevimli içkiləri çaydır. Onlar çayı tünd halda südlə içirlər. Ən qədim ənənələrdən biri torfda açıq halda ət qızartmaqdır. İrlandların ən sevimli yeməklərindən biri isə buğda bişirilmiş qoyunun döş ətidir. Yerli "blin"lərin dadından isə doymaq mümkün deyil. Onu hazırlayan zaman xəmirə rom və ədviyyat qatırlar. İçkilərə gəlincə, pivə və porterin (qara pivə) mütləq dadına baxmaq lazımdır. Pab deyilən məkanın da adını çəkməliyik.
İrlandiya İstiqlal müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artış oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya İstiqlaliyyət müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artış oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya şəhərləri
İrlandiya şəhərlərinin siyahısı.
İrlandiya şəhərlərinin siyahısı
İrlandiya şəhərlərinin siyahısı.
İrlandiyalı (film, 2019)
İrlandiyalı (ing. The Irishman) — Martin Skorsezesin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş amerikan bioqrafik, cinayət janrında cəkilmiş filmdir. Filmin baş rol aktyorları Robert De Niro, Al Paçino və Co Peskidir. Filmdə İkinci Dünya müharibəsindən sonra Amerikadakı cinayət aləmi, 20-ci əsrin ən böyük mafiozları ilə birlikdə işləyən Frank Şirinin gözü ilə izah edilir. Film eyni zamanda ABŞ tarixindəki ən böyük sirrlərdən biri olaraq qalan bir zamanlar ABŞ-də Bitlz qədər məşhur olduğudu deyilən həmkarlar ittifaqının prezidenti Cimmi Hoffanın itkin düşməsindən bəhs edir. Film tamaşaçıları cinayətkar dünyanın gizli dəhlizləri ilə böyük bir səyahətə aparır, bu dünyanın necə işlədiyini, rəqabətlərini və əsas siyasətlə əlaqələrini ortaya qoyur. Filmin premyerası 27 sentyabr 2019-cu ildə 57-ci Nyu-York Film Festivalında baş tutmuşdur. Film 27 noyabr 2019-cu ildə etibarən Netflix-də göstərildi. Jurnalist Dan Moldea, filmin əslində reallığı əks etdirmədiyini iddia edərək, Hoffanın cəsədinin tapılmadığını və Şiranın evində qan izləri tapılmadığını demişdir. Filmin baş rol aktyorlarından Robert De Niro iddialara qarşı olaraq bildirmişdir ki, "İnsanların bizimlə eyni fikirdə olmaması isə bağlı heç bir problemim yoxdur.
İrlandiya–Türkiyə münasibətləri
Türkiyə–İrlandiya münasibətləri — İrlandiya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İrlandiya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1972-ci ildə qurulmuşdur. İrlandiyanın Ankaradakı səfirliyi 1998-ci ildə açılır. Türkiyənin 1973-cü ildən bu yana Dublində səfirliyi var. Hər iki ölkə Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həqiqi üzvüdür, hər ikisi də Aralıq dənizi Birliyindədir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Ayrıca İrlandiya Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. == Tarix == 1840-cı illərdə İrlandiyadakı Kartof aclığı dövründə Osmanlı Sultanı Əbdülməcid kömək üçün 1000 funt bağışlamışdır. İrlandiyalıların Sultana yazdığı bir təşəkkür məktubu Osmanlı arxivində saxlanılır. Rəvayətə görə sultan əvvəlcə 10.000 funt göndərmək istəyir, lakin ingilis diplomatlar və ya öz nazirlər onu 2000 funt bağışlayan Kraliça I Viktoriyadan daha çox ianə verməkdən çəkindirdilər. Üç-beş gəminin də ərzaqla dolu göndərilməsini əmr edir.
İrlandlar
İrlandlar (irl. Muintir na hÉireann və ya irl. Na hÉireannaigh) və ya irandiyalılar - Kökləri İrlandiya adasına aid Kelt xalqı. İrlandlar aclıq və iqtisadi problemlər səbəbiylə tarixin müxtəlif dövrlərində İrlandiyanı tərk edərək ABŞ, Kanada, Avstralya, Yeni Zelandiya və Cənubi Afrika Respublikası kimi ingilis dilinin danışıldığı qitədən kənar ölkələrə köç etmişlər. İrlandiya xaricində yaşayan və qismən də olsa irland qanı daşıyanları sayı bu gün 80 milyona çatır. ABŞ Nyu-York və Yeni İngiltərə bölgəsində çox sayda irland yaşayır. Con Kennedi və ondan sonra gələn bir sıra ABŞ prezidentlərinin ailəsi irland mənşəlidir. Amerika qitəsinin həm şimalında, həm də cənubunda bir çox ailənin İrlandiya ilə mənşə əlaqəsi var.

Digər lüğətlərdə