KÜÇÜK

is.
1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək.
2. Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri.
[Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi. C.Cabbarlı.
[Hacı Manaf:] Axtar, küçüyün atasını tap! S.Hüseyn.
[Cəmilə:] …Hara gedəcəksə, qoy getsin, … küçüklərini də hara aparırsa, aparsın. E.Sultanov.

3. dan. bax bic 2 Köklərdə əlavə tumurcuqlar .
… yan köklər kimi, kökün daxili hissəsindən, yəni mərkəzi silindrdən əmələ gəlir, … sonralar inkişaf edərək torpaq üzərində yarpaqları olan zoğlar verir ki, bunlara küçük və ya bic deyilir… M.Qasımov.

4. Bəzən “kiçik” əvəzinə işlənmişdir.
Hey fələk, gör necə günlər gördük; Azdı hər kəs, nə böyük var, nə küçük… H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜÇÜK KÜÇÜK İstifadə eləyib belə bir yaramazdan; Atmışdılar kənara küçük kimi bir azdan (M.Rahim); ƏNİK (məh
KÜÇƏYUYAN
KÜÇÜKLƏMƏ

Digər lüğətlərdə