Kalağaylı
Kalağaylı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Kalağaylı Ağsu rayonunun Padar inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonimin əsli Qalaqayınlıdır, kəndin əhalisinin Sabirabad rayonundakı Qalaqayın kəndindən olduqlarını bildirir. 1917-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsündə Göyçay qəzasında Kalaqa (İsmayıllı) və Kalaqaylı (Kürdəmir) adlı iki kənd qeydə alınmışdır. Bunlardan biri indiki Qalagah, digəri isə Qalagahlı (Kalağaylı) kəndləridir. Oykonim "Qalagahdan gəlmişlər" mənasındadır.