KARSAZLIQ

is. köhn. İşcillik, bacarıqlılıq, işgüzarlıq.
□ Karsazlıq etmək (eləmək)1) işə yaramaq, kömək etmək, yararlıq göstərmək, xeyri olmaq;
2) kömək etmək, yardım etmək.
[Məşədi Tağı:] …Allah qoysa, sizə çox-çox karsazlıq edəcəyəm, ancaq bir dəfə lazımınca səy eləyin. N.Vəzirov.
O da kimə əlli manat, yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi. Ə.Haqverdiyev.

KARSAZ
KÁRSER

Digər lüğətlərdə