KİLSƏ (xristian məbədi, ibadətgahı) Pavluşa ilə Ələsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşlar (M.S.Ordubadi); DEYR (kl.əd.) [Hüseyn Xan:] ...Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdılar, deyr boş idi (Ə.Haqverdiyev); KƏLİSA (köhn.) Keçmişdən əsər var hələ; Uzaqda çalınır kəlisə zəngi (S.Vurğun); MONASTIR.