KİŞNƏMƏK

f.
1. Kişnərti səsi çıxarmaq.
Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət.
Kor at sahibinə yanaşıb qəmgin və titrək səslə ucadan kişnədi. M.Hüseyn.

// məc. At kimi səs çıxarmaq, qaqqıldamaq.
2. məc. Uğultu səsi çıxarmaq; uğuldamaq. Göy kişnəyir.
– Qum təpəsi kimi yeridikcə qar; Buludlar kişnədi, göylər ağladı. S.Vurğun.
Siz yelkən açanda göylər kişnəyir; Günəş mayak olub sancılır suya. Ə.Cəmil.

Etimologiya

  • KİŞNƏMƏK Kökü təqlidi sözdür (toyuqla bağlı kiş-kiş sözünü işlədirik), kiş kökündən kişnə feili əmələ gəlib. (Bəşir Əhmədov
KİŞNƏMƏ
KİŞNƏRTİ

Digər lüğətlərdə