KOLONİALİZM

[ lat. ] bax müstəmləkəçilik.
KOLODKA
KOLONİST
OBASTAN VİKİ
Kolonializm
Kolonializm və ya müstəmləkəçilik — ümumiyyətlə bir dövlətin başqa xalqları , dövlətləri , birlikləri ,siyasi və iqtisadi suverenliyi altına alaraq yayılması və ya yayılma istəyi. Müstəmləkəçilər ümumiyyətlə sömürdükləri bölgələrin qaynaqlarına əl, iş gücünə, bazarlarına əl qoyar və eyni zamanda müstəmləkələri altındakı xalqın sosial-mədəni, dini dəyərlərinə təzyiq tətbiq edərlər. Müstəmləkəçilik ilə imperializm bəzən bir-birləri yerinə istifadə terminlər olmaqla birlikdə imperializm, şəkli olduğu qədər şəkli olmayan sahələrdə də idarənin hakim gücün əlində olduğunu vəziyyətlərdə istifadə edilməkdədir. Müstəmləkəçilik termini eyni zamanda bu sistemi qanuniləşdirmək və ya yaymaq üçün istifadə edilən bir dizi inanca da işarə etməkdədir , çünki Müstəmləkəçilər özlərinin sömürdükləri insanlardan daha üstün olduqlarına inanarlar. Sömürdükləri insanları inkişaf etməmiş cəmiyyətlərdən seçərlər. Sözdə elmi nəzəriyyələrlə də dəstəklənməyə çalışılan bu tip inanclar daha çox 19-cu yüz illikdə Avropada yayılmış və Avropalıların bütün dünyada müstəmləkəçi güc olaraq yayılmasının da sözdə qanuni dayağı olmuşdur. 18. əsrdə başlayan sənaye inqilabının ardından 19. əsrdə sənayeləşmə nəticəsində buxar maşınlarının quru və dəniz nəqliyyatında istifadə edilməsi qitələrarası iqtisadi və ticarət münasibətlərini inkişaf etdirdi.19 əsrdə hamısıyla sənayeləşən ingilislər, digər ölkələrlə iqtisadi bağlarını gücləndirdilər.Avropadakı digər dövlətlərdə ingilislərin təqib etdiyi yolu izləməyə başladılar. Tarixdə müstəmləkə qurmaq , böyük torpaq qazanmaq , böyük dövlət olmaq üçün lazımlı hesab edilməkdə idi.
Məskunlaşma kolonializmi
Məskunlaşma kolonializmi və ya məskunlaşma müstəmləkəçiliyi, məskunlaşdırma müstəmləkəçiliyi — kolonialistlərin mövcud cəmiyyəti daimi olaraq kolonialistlərin cəmiyyəti ilə əvəz etmək üçün əraziyə hücum və işğal etməsi ilə baş tutan kolonializm növü. Məskunlaşma kolonializmi adətən imperiya hakimiyyəti tərəfindən təşkil edilən və ya dəstəklənən, məskunlaşma kolonializmi vasitəsilə ərazi ilə əlaqə və ya nəzarəti saxlayan ekzogen hökmranlığın bir formasıdır. Məskunlaşma kolonializmi istismar kolonializmi ilə ziddiyyət təşkil edir. Bu tip kolonializm əhalisini ucuz və ya pulsuz işçi qüvvəsi kimi, təbii sərvətlərini isə xammal kimi istismar etmək üçün əraziləri fəth etmək kimi iqtisadi siyasətdən ibarətdir. Bu istiqamətdə məskunlaşma kolonializmi nadir hallarda baş verən tam evakuasiya və ya məskunlaşma dekolonizasiyası istisna olmaqla qeyri-müəyyən müddətə davam edir. Məskunlaşma kolonializmi XVI–XX əsrlərdə Avropa güclərinin kolonial imperiyalarında xüsusilə qabarıq idi. Burların Cənubi Afrikada məskunlaşması, britaniyalı, fransız, portuqal və ispanların Amerikada genişlənməsi, eləcə də Kanar adalarının Kastiliya tərəfindən məskunlaşdırılması məskunlaşma kolonializminin klassik nümunələridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Adhikari, Mohamed (2021). Civilian-Driven Violence and the Genocide of Indigenous Peoples in Settler Societies. Routledge.

Digər lüğətlərdə