KOTUL

sif.
1. Kobud, nəzakətsiz.
2. Kök, dolu.
KOTTON
KOV
OBASTAN VİKİ
Kotul üsgüyotu
Kotul üsgüyotu (lat. Consolida divaricata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. Birillik, (20) 30-60 (100) sm hündürlükdə çox qısa və sıx bitkidir. Gövdəsi aralı boş budaqlıdır. Yarpaqları çox qısa qınlı saplaqlarda, dəyirmi formalı, çox saylı\ barmaqvari nazik xətti hissəciklərə ayrılmışdır. Çiçəkqrupu boş, süpürgəvaridir, çiçək saplağı uzun, aralanmış, 2 qısa xətti çiçəkaltlıqlıdır. Çiçəkləri göy-bənövşəyi və ya bənövşəyi rəngdədir, çiçəkyanlığının yarpaqcıqları 7-10 (12) mm uzunluqda, uzunsov-ellipsvari və ya uzunsov-tərsyumurtavari, xaricdən səthi və ya ancaq orta hissəsi çox qısa sıx tüklü, mahmız nazik, düz (13) 20-25 mm uzunluqda nektarlıq açıq rənglənmiş, tez-tez bənövşəyi, 3 dilimli, ortası üç bucaq və kənarları enli yarım dairəvi dilimlərlə olur. Çalov (meyvə) uzunsov, düz, sıx tüklü 7-10 (12) mm uzunluqda, düz nazik 1,5-2 mm uzunluqda burunculudur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə, tarlalarda, çağıl daşlarında, yovşanlıqlarda bitir.
Katarjina Kotula
Katarjina Aqata Kotula (pol. Katarzyna Kotula; 1 fevral 1977, Qrifino, Qərbi Pomeraniya voyevodluğu[d]) — Polşalı müəllim və siyasi fəal, Yeni Sol Partiyasının üzvü. O, 2023-cü il 13 dekabrdan Polşa Respublikasının Bərabərlik naziri vəzifəsini icra edir. 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır. O, həmçinin feministdir. Katarjina Kotula 1 fevral 1977-ci ildə Qərbi Pomeraniya voyvodluğunun Qrifino şəhərində anadan olub. Uşaq vaxtından Qrifinonun "Energetik" klubunda tennis oynayan Katarjina 2022-ci ilin noyabrında, 2017-ci ildə Polşa Tennis Assosiasiyasının (PZT) prezidenti seçilən keçmiş məşqçisi Miroslav Skşipçinskonu təcavüzdə ittiham etdi. 2022-ci il 22 noyabrda Onet Wiadomości portalına verdiyi müsahibəsində Kotula, məşqçi Skşipçinskonun ona 13-14 yaşlarında bir neçə dəfə təcavüz etdiyini bildirib. Kotula, məşqçini digər azyaşlı tələbələrə qarşı da cinsi təcavüzdə ittiham edib. Bütün bunların nəticəsində noyabrın 24-də Polşa Tennis Assosiasiyasının rəhbəri Miroslav Skşipçinsko istefa verdi.

Digər lüğətlərdə