Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır.
Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.