KƏŞKİNƏ
KƏŞMƏKƏŞ
OBASTAN VİKİ
Kəşkül
Kəşkül — süddən bişirilən bir növ şirniyyat ya desertdir. Kəşkül, süd, döyülmüş badam, şəkər, düyü unu və kartof unu ilə bişirilir.Bişirmə texnikası Muhallebi kimidir. Qaynama sona çatarkən südün içinə hindistan qozu tozu tökülür. Kasalar vasitəsilə çəkilmiş badam, şamfıstığı və fıstıq ilə bəzənər. == Mənbə == Kəşkül Arxivləşdirilib 2011-12-17 at the Wayback Machine == Xarici keçidlər == Ne Pişirim?
Kəşkül (jurnal)
"Kəşkül" (az.-əbcəd کشکول‎) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet. == "Kəşkül" jurnalı == "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub. === Təsisçi === Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir. Bu amal və məqsədə xidmət edən Ünsizadənin mətbuat yaratmaq fikri müsbət cavablandırıldı.
Kəşkül (qəzet)

Kəşküllü
Kəşküllü (fars. کشکولی Kəşkuli‎) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. I Dünya müharibəsi ərəfəsində Kəşküllü tayfasının əsas gəlir mənbələrindən biri, Şiraz–Buşehr marşrutu üzərində yerləşən və tayfaya mənsub Kazerun bölgəsində toplanılan vergiylə əlaqədar Qaşqayı elinin elxanı İsmayıl xan Qaşqayla tayfanın başçıları arasında narazılıq yaranmış, nəticədə müharibə zamanı tayfa elxana və onun müttəfiqi almanlara qarşı ingilisləri dəstəkləmişdi. I Dünya müharibəsi sona çatdıqdan sonra İsmayıl xan Kəşküllü tayfasından xana qarşı loyal olan iki tirəni ayırdı və onları müstəqil tayfalara çevirdi. Beləliklə üç yeni tayfa yarandı: Böyük Kəşküllü (fars. کشکولی بزرگ Kəşkuli-yi Bozorg‎), Kiçik Kəşküllü (fars. کشکولی کوچک Kəşkuli-yi Kuçək‎) və Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎). == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç.

Digər lüğətlərdə

до моги́лы лука́ наёмница расхва́тывать сгромозди́ть спёртость тасова́ться трихине́лла гагау́зы дрожжева́ние зани́женный кальцини́рованный мозо́лить язык наборо́ться передове́рить упа́ривать франтова́тый волчок compass saw in-and-outer shunpike идолопоклонничество кесарь конвейер отстрел