Rindera lanata
Tüklü rindera (lat. Rindera lanata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin rindera cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii)c(i, iiiEN B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Gövdəsi düz, qranlı-şırımlı, çiçək qrupu budaqlanan süpürgədir. Yarpaqları bozdur, kökətrafı yarpaqları lansetvari və ya uzunsov iti, 6-18 sm uzunluğunda, 0,8-1,2 sm enindədir. Çiçək qrupu süpürgə, yuxarıdan qalxanvari, sıx, daha sonra syerək, çiçək altlığı yoxdur. Kasacığı 4–6 mm uzunluğunda, ağ tükcüklü, uzunsov dilimlidir. Çiçək tacı çəhrayı, sonradan maviləşəndir, 8–10 mm uzunluğundadır.