LEŞ-LEŞƏ

leş-leşə söykənmək, qalanmaq və i.a. – yan-yana yıxılmış çoxlu meyit haqqında.
Başlar qopub düşdü qanlı torpağa; Leş-leşə qalandı, yollar kəsildi. M.Rahim.

Leş-leşə qatmaq (çatmaq) – qırıb çatmaq, qırıb tökmək.
Padşaha xəbər getdi ki, padşah sağ olsun, bir qara atlı oğlan düşməni qırıb leş-leşə çatdı. (Nağıl).

LEŞ
LEŞSÖKƏN

Digər lüğətlərdə