LƏKƏLƏMƏK

f.
1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.
2. məc. Birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona isnad etmək, bədnam etmək, rüsvay etmək, biabır etmək, hörmətdən salmaq, qara yaxmaq.
[Molla Xəlil] müəllimi xalq nəzərində ləkələmək üçün İslamı qurşamışdı ki, şikayət etsin. S.Hüseyn.
[Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən, ləkələyirsən? C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏKƏLƏMƏK çirkləmək — kirlətmək — bulamaq — batırmaq
  • LƏKƏLƏMƏK utandırmaq — pisləmək
LƏKƏLƏMƏ
LƏKƏLƏNDİRMƏ

Digər lüğətlərdə

аккредити́вный лоску́тик огу́льно опохмели́ть разда́тчица ра́са соподчини́тельный штрафова́ться визгли́вый вьетна́мец пудри́льщица сыпня́к третировать altruistically autobiographical baby bust carbon coup d'état hispanicism immaterialism passenger ship sedateness tip cap имитатор кацавейка