MÜRDƏŞİR

is. [ fars. ] Ölüyuyan, yuyucu. Molla ilə oturub-duran axırda mürdəşir olar. ( Ata. sözü ).
[Qarı:] …Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sızılmışdı. Çəmənzəminli.

◊ Üzünü mürdəşir yusun! dan. – Allah öldürsün! ölsün! öl! (qarğış ifadəsi).
[Fizzə xanım:] Kadr şöbəsinin müdiri, görüm, üzünü mürdəşir yusun! Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜRDƏŞİR MÜRDƏŞİR [Qan:] Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sızılmışdı (Çəmənzəminli); ÖLÜYUYAN Fəqət ölünü yuyanlar fikir edirlər; be

Etimologiya

  • MÜRDƏŞİR Farsca mürda (ölü) və şuy(şur (yuyan)) sözlərindən əmələ gəlib, “ölüyuyan” deməkdir. Güman ki, murdar sözü də mürda kəlməsi ilə bağlıdır
MÜRCÜM
MÜRƏBBE

Digər lüğətlərdə