MIXLAMAQ

f.
1. Mıx çalmaq, mismarlamaq, mıx vurmaq, mıx vurub bərkitmək. Qapını mıxlamaq. Taxtanı mıxlamaq.
– İki nəfər uşaq əldə çəkic hazır yeşiklərin qapağını mıxlayırdı. Mir Cəlal.

2. məc. Möhkəm vurmaq, vurub bərkitmək.
Mıxlayıb sanki günəş istisini yer üzünə; Sanki burdan yayılır od ləpəsi Mil düzünə. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MIXLAMAQ mıxlamaq bax mismarlamaq
  • MIXLAMAQ bərkitmək — çalmaq — vurmaq
MIXLAMA₂
MIXLANMA

Digər lüğətlərdə