MƏMUR

I MƏMUR Qapıya çatmamış bu yoxsul insan; Tez kəndin məmuru çatdı dalından (M.Rahim); ÇİNOVNİK (köhn.) Birdən görərlər deyə; Gah baxır çinovnikə; gah da qapıya sarı; qalın qara pərdəyə (R.Rza).

II məmur bax abad

MƏMNUNLUQLA
MƏNA
OBASTAN VİKİ
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Rafiq Bayramov (məmur)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Rəşad Abdullayev (məmur)
Rəşad Rövnəq oğlu Abdullayev ( ) — azərbaycanlı iş adamı və məmur oğlu; "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri (2016—2017). Rəşad Abdullayev 9 may 1994-cü ildə anadan olmuşdur. Atası Rövnəq Abdullayev uzun illər SOCAR-ın prezidenti olmuşdur. OCCRP sənədlərinə əsasən Rəşad Abdullayevin silinmiş "LinkedIn" profilindən, onun hələ 16 yaşında "SOCAR Trading"də işə başladığı, vəzifəsinin "Ticarət və Biznes üzrə mütəxəssis" olaraq göründüyü qeyd edilmişdir. Amma atası Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər qurumlarda sadəcə təcrübəçi olaraq çalışdığını qeyd etmişdir. 2016-2017-ci illərdə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır. Evlidir. 2016-cı il mayın 2-də Sözcü qəzetində "Rəşad Abdullayev sürücülük vəsiqələrini polisə atdı" sərlövhəli məqalədərc edilmişdir. Həmin gün axşam saatlarında İstanbul ərazisində Rəşad Abdullayev dostları ilə əyləncədən qayıtdıqdan sonra idarə etdiyi avtomobildə yol-nəqliyyat müfəttişləri tərəfindən saxlanılmışdır. Kifayət qədər sərxoş olduğu müşahidə edilən Abdullayev ondan alkotesterə üfürməsini istəyən polisə çətin anlar yaşatmış və o, bundan imtina etmişdir.
Rasim Quliyev (jurnalist, məmur)
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru. Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub. 1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb. 1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır. 1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Vüsal Rüstəmov (dövlət məmuru)
Elnur Aslanov (dövlət məmuru)

Digər lüğətlərdə