MƏRD
MƏRDANƏ
OBASTAN VİKİ
Mərd (film, 2014)
Mardaani (tərcüməsi: Mərd) 2014-cü ildə Pradeep Sarkarın rejissorluğu və Aditya Çopranın prodüserliyi ilə çəkilmiş olan Hind dilli döyüş triller filmidir. Filmdə baş rolda Rani Mukerji, ikinci planda isə Jisshu Sengupta, Tahir Rac Bhasin və Saanand Verma oynayır. Filmin hekayəsi Hindistan mafiyası tərəfindən oğurlanmış yeniyetmə qızın işinə olan marağı nəticəsində insan alverinin sirlərini açmağa nail olan polis qadın Şivani Şivaci Roy ətrafında cərəyan edir. 22 avqust 2014-cü ildə kinoteatrlarda nümayiş etdirilən film, Mukerjinin ifası üçün təriflər alaraq müsbət rəylər əldə etmiş və kommersiya müvəffəqiyyəti olaraq meydana çıxmışdır. Bunun ardınca 2019-cu ildə Mardaani 2 adlı davam filmi təqdim edilmişdir. Mardaani 2-nin müvəffəqiyyətindən sonra isə istehsalçı 2019-cu ilin dekabrında Mardaani seriyasının mümkün üçüncü hissəsini elan etmişdir.
Mərd 2 (film, 2019)
Mardaani 2 (tərcüməsi: Mərd 2) 2019-cu ildə hind dilində çəkilmiş döyüş triller filmidir və 2014-cü ildə çəkilmiş Mardaani filminin davamıdır. Bu filmin də, əvvəlki filmin ssenari xəttini yazan və eyni zamanda da əvvəlki filmlə rejissorluq debütünü qeyd edən Qopi Puthran tərəfindən rejissorluğu edilmiş və eyni zamanda da Yash Raj Films vasitəsilə Aditya Chopra tərəfindən prodüserliyi edilmişdir. Bu filmdə də Rani Mukerji əvvəlki filmdəki polis məmuru Şivani Şivaci Roy rolunu canlandırmışdır. Filmin süjet xətti onun yeni gələn Vişal Cetvanın canlandırdığı 21 yaşlı təcavüzkar və eyni zamanda da qatil olan birini tutmaq cəhdlərini izləyir. Mardaani 2, 10 dekabr 2018-ci ildə sosial media paylaşımı ilə elan edilmişdir. Çəkilişləri 2019-cu ilin martında başlanmış və geniş bir şəkildə əsasən Racastanda aparılmışdır. İlk baxış tarixi 2019-cu ilin aprelində olmuş və filmin ekranlara buraxılış tarixi 2019-cu ilin sentyabrı qeyd edilmişdir. Ekran işinin tempinə, istiqamətinə və performanslarına (xüsusilə Mukerji və Jethwanın) müsbət reaksiya almaq üçün üçün film 13 dekabr 2019-cu ildə buraxılmışdır. Film kassada müvəffəqiyyətli olmuş və dünya miqyasında ₹67,12 crore (8,4 milyon ABŞ dolları) gəlir əldə etmişdir.
AMEA Mərdəkan Dendrarisi
Dendrologiya İnstitutu – Abşeron yarımadasında Mərdəkan qəsəbəsində yerləşən struktur. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha "Bakı qazma" sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində "Dağ-mədən" İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911–1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur.
Atakişi bəy Mərdanbəyov
Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov (1825-1881) —çar ordusunun zabiti == Həyatı == Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı camaatının Qalalı kəndində olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar ordusunda, Zaqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabradək macarların qiyamının yatırılmasında iştirak etmişdi. Georgi lentli gümüş medalla təltif olunmuşdu. Atakişi bəy Mərdanbəyov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tərxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.
Aytəkin Mərdanova
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Bəzniçıraq Mərdan (Marağa)
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Cumayıl Mərdanov
Cəmil Mərdəm Bəy
Cəmil Mərdəm Bəy (ərəb. جميل مردم بك‎; 1893, Dəməşq – 30 mart 1960, Qahirə) — 1936–1939-cu və 1946–1948-ci illərdə Suriyanın baş naziri.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. == Tarixi == Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. == Memarlıq xüsusiyyətləri == XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. == Tarixi == Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. == Memarlıq xüsusiyyətləri == Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.
Mehdizadə və Mərdanov (kitab)
Mehdizadə və Mərdanov — Kitabça müxtəlif illərdə Azərbaycada təhsilə rəhbərlik etmiş iki şəxsin – Mehdi Mehdizadə və Misir Mərdanovun idarəçilik metodlarına həsr olunub. Eləcə də bu onların timsalında Azərbaycan təhsilinin 30 il əvvəlki ab-havası ilə indiki vəziyyətləri müqayisə edilir. Kitabçadan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. == Mənbə == Nadir İsrafilov. Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Misir Mərdanov
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Göyərçin, İcevan rayonu) — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
Mustafa Mərdanov
Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Mustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Məcid Mərdanov
Mərdanov Məcid Əhəd oğlu (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor. == Həyatı == Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır. 1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — == Həyatı == 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru. == Həyatı == Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir. 1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır. 1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. == Kitablar == A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" == Həyatı == Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Orxan Mərdan
Orxan Mərdan Şiruyyə oğlu (13 sentyabr 1984) — Prodüser, rejissor, ssenarist, aktyor. == Həyatı == Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir. == Fəaliyyəti == Jam Media reklam şirkətində reklam fəaliyyəti ilə məşğul olduqdan sonra fəaliyyət sahəsini dəyişərək 2012-ci ildə Cavanlıq serialının ssenari müəllifliyini üstələnmişdir. 2013- cü ildə Oğurlanmış arzular (film, 2015) serialının Baş produseri olaraq produserlik fəaliyyətinə başlamışdır. 2014-cü ildən isə produser kimi 2014 - Xoxan (film, 2014), 2016- Naxox (film, 2016) , 2017- İkinci pərdə (film, 2017), 2018 - Qaragöz (Film 2018), 2021-ci ildə Zəhər tuluğu (film, 2021) filmlərini istehsal etmişdir.
Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. == Tarixi == Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Rüstəm Mərdanov
Радий Фәрит улы Хәбиров (başq. ; Başqırdıstan Respublikası Hökumətinin sədri (8 sentyabr 2019-ci ildən). == Təhsili == Ufa Dövlət Aviasiya Texniki Universitetinin (əvvəllər Ufa Aviasiya İnstitutu) mühəndis-iqtisadçı ixtisasını bitirib. İqtisadiyyat elmləri namizədi, dosentdir. == Karyera == 1986 - İqtisadiyyat və Makina Tikinti Təşkilatı İdarəsinin mühəndisi, AİM; 1986-1992 - SSRİ Elmlər Akademiyasının Başqırdıstan şöbəsinin İqtisadiyyat İnstitutunda aspirant, tədqiqatçı; 1992-1995 - baş müəllim, BDU-nun İstehsalat İdarəsi; 1995-1998 - kafedra müdiri. bölmə rəhbəri, Başqırstan Respublikası Milli Bankının sədr müavini - şöbə müdiri; 1998-2000-ci illər - Başqırdıstan Respublikasının İqtisadiyyat və Monopoliya Siyasəti nazirinin birinci müavini; 2000-2001-ci illər - Başqırdıstan Respublikasında Milli Bankın sədrinin müavini, birinci müavini; 2002-2013 -Başqırdıstan Respublikası Milli Bankının sədri; 2013-2015-ci illərdə - Başqırdıstan Respublikası Hökumətinin sədrinin birinci müavini; 2015-ci ildən - Başqırdıstan Respublikası Hökumətinin sədri.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Sərgüzəşti Mərdi-Xəsis
Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara — 1850-ci ildə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun qələmə aldığı komediyadır. == Təsviri == Azərbaycan realist dramaturgiyasının və nəsrinin inkişafında Mirzə Fətəli Axundov əhəmiyyətli rol oynamışdır. Onun qələmindən çıxmış "Hekayəti-molla Ibrahim Xəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan" (1850), "Sərgüzəşti- vəziri xani-Lənkəran" (1850), "Hekayəti xırsi-quldurbasan" (1851) və digər komediyaları özündən sonrakı ədəbi nəslə böyük təsir göstərmiş, ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil olunmuşdur. M. F. Axundovun geniş şöhrət qazanan əsərlərindən biri də "Sərgüzəşti mərdi-xəsis" və ya "Hacı Qara" (1855) komediyasıdır. Bu komediyanın əsas mövzusu xəsislik və onun törətdiyi bəlalardır. Komediyada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəyin toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı baş vermiş əhvalatlar komediyanın süjet xəttini təşkil edir. Əsər Heydər bəyin monoloqu ilə başlayır. Onun sözlərindən məlum olur ki, Heydər bəy Qarabağın məşhur bəylərindəndir. Onun ata-babaları qaçaqçılıqla məşğul olmuş, "tamam Qarabağı qızıl-gümüşlə doldurmuşlar".

Digər lüğətlərdə