mərkəzləşdirilmiş kitabxana sistemləri

Eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi

mərkəzləşdirilmiş xərc
mərkəzləşdirilmiş klirinq
OBASTAN VİKİ
İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Şuşa Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Kitabxana
Kitabxana — növündən asılı olmayaraq kitab şəklində çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yer. = Tarixi = "Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Aşşur hökmdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxanasındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lövhələr olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yaranması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastır kitabxanaları idi. == Növləri == Kitabxanalar iki cür olurlar: Kütləvi kitabxanalar — hər kəsin istifadə edə bildiyi kitabxanalardır. Xüsusi kitabxanalar — elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
SCADA sistemləri
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Say sistemləri
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).
İdarəetmə sistemləri
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. == Nümayişi == "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
Əməliyyat sistemləri
Əməliyyat sistemi (ing. Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Ümumi təyinatlı əməliyyat sistemi - (ing. GPOS (general purpose operating system), rus. операционная система общего назначения) – gerçək zamanlı əməliyyat sistemlərindən fərqli system. Belə əməliyyat sistemləri kompüterin resurslarının paylanması ilə məşğul olur və istifadəçilərə tətbiqi proqramlarla işləməyə imkan verən inkişaf etmiş qrafik interfeysə malikdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlıqların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
Axtarış sistemləri
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Kompüter sistemləri
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompyuterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Cinsiyyət sistemləri
Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Elektron kitabxana
Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər. Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər. == Tarixi == Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır. Bu anlayışın əvvəlki versiyaları arasında Pol Otle və Henri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir. Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir. Vannevar Buş və Cozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır.
Kabinetlandiya (kitabxana)
Kabinetlandiya - Səhra ortasında, Mattheue Passmore tərəfindən qurulan və yalnız 3 siyirməsi olan kitabxana, dünyanın ən təhlükəli və ən maraqlı kitabxanası hesab olunur. == Yaranma tarixi == Amerikalı rəssam Qordon Matta-Klark 1973-cü ildə Nyu-Yorkda 15 kiçik ərazi alır. Təxminəm insan çiyni genişliyində olan bu ərazilərin şəkillərini çəkir və kataloqunu hazırlayır. Bununla o, mülkiyyət anlayışını mühakimə edən bir sənət əsəri yaradır. 30 il sonra, Matta-Klarkdan ilhamlanan "Cabinet" jurnalı, ABŞ-nin Meksika ştatında çölün ortasında kiçik bir ərazi alır. Mədəniyyət jurnalı, Bruklindəki mərkəzi ofisindən 3 min kilometr uzaqdakı bu yeni torpağına "Kabinetlandiya" (ing. "Cabinetlandia") adını verir. Beləcə, 325 dollara alınan kiçik ərazidə ABŞ-nin ən təhlükəli və maraqlı kitabxanası yaradılır. == Fəaliyyəti == Kutabxana 3 siyirmədən ibarətdir. Dolabın üstündəki siyirmədə bir kitabxana kartı, bir kitab kataloqu, bir ziyarətçi dəftəri və kitab oxuyarkən üzərində oturmaq üçün bir yastıq var.
Kitabxana (informatika)
Kitabxana (informatika) (en. library) – proqramlaşdırmada: bir faylda saxlanılan prosedurlar toplusu (yığını). Kitabxanada olan hər bir prosedurlar dəstinin adı olur və çeşidli, çox zaman çox spesifik məsələləri yerinə yetirir. Məsələn, C dilinin standart kitabxanasında olan printf() funksiyası simvolları ekranda əks etdirir. Belə prosedurlar dəstləri işi asanlaşdırır və tezləşdirir. Proqramçı kitabxananı öz proqramında elan edə və proqramın yerinə yetirilməsi gedişində onun prosedurlarına müraciət edə bilər, yəni lazım olduqda həmin prosedurları yenidən yazmağa gərək yoxdur. Kitabxanalar müəyyən proqramlaşdırma dilinin standart altproqramlarından və ya xüsusi altproqramlardan ibarət ola bilər. Ənənəvi anlamda kitabxana bəzən proqram təminatına və ya verilənlər fayllarına müraciət etmək üçün hər hansı informasiya yığınıdır. Kitabxana proqramı – proqramlaşdırmada: proqramlar kitabxanasında saxlanılan və kitabxanaya müraciət edə bilən istənilən proqram tərəfindən istifadə olunan proqram. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kitabxana marketinqi
Kitabxana marketinqi — kitabxana xidmət və məhsullarının real və potensial istifadəçilərinin ehtiyac və tələblərinin maksimum şəkildə ödənilməsinə yönəlmiş idarəetmə texnologiyası. == Kitabxana marketinqinin məzmunu və xüsusiyyətləri == Kitabxana xidmətinin istehlakçıları həm kitabxananın oxucuları, həm də kitabxana xidməti ərazisində yaşayan sakinlər, həmçinin kitabxana ərazisində yerləşən müəssisə, müəssisə, firma, zavod, təhsil və tibb müəssisələridir. Kitabxana marketinqi bazar tələbinin müəyyən edilməsi və ödənilməsi sistemi kimi marketinqin ümumi nəzəriyyəsinə əsaslanır və həm qeyri-kommersiya (pulsuz), həm də kommersiya (pullu) daxildir. Kütləvi kitabxanalarda qeyri-kommersiya pulsuz xidmət, yəni qeyri-kommersiya marketinqi üstünlük təşkil edir. Kommersiya marketinqi, təşəbbüskar təsərrüfat fəaliyyəti, o cümlədən kitabxananın kommersiya (sahibkarlıq) fəaliyyəti, yəni pullu xidmətlər göstərilməsi, kitabxana məhsullarının və kitabxanadan çıxarılan kitabların hər bir məhsul üçün minimum qiymətə satışı ilə əlavə maliyyə resursları əldə etmək vasitəsidir. , və fandreyzinq. Kommersiya marketinqi əsasən qapalı elmi kitabxanalarda, eləcə də bəzi kütləvi kitabxanalarda üstünlük təşkil edir. Kitabxana marketinqi xidmət marketinqi və məhsul marketinqinə bölünür. Kütləvi kitabxanalarda oxuculara pulsuz və pullu xidmətin göstərilməsi aparıcı yer tutur. Kütləvi kitabxanalar kitabxananın pulsuz və ya müəyyən pul müqabilində buraxılan intellektual məhsullarına çıxışı təmin edir.
Kitabxana pişiyi
Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır. Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur. == Tarix == Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir. Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar. == Müasir misallar == 1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar.
Milli kitabxana
Milli ktabxana — hökumət tərəfindən xüsusi olaraq xüsusi qiymətli kitabların və informasiya daşıyıcıların saxlanılması üçün yaradılan saxlanğıc. Adi kitabxanalardan fərqli olaraq oxucuya evə kitab aparmağa icazə verilmir.
Tibbi kitabxana
Tibbi kitabxana — həkimlərə, səhiyyə işçilərinə, tələbələrə, xəstələrə, tibbi tədqiqatçılara və informasiya mütəxəssislərinə səhiyyə xidmətini təkmilləşdirmək və elmi məlumatların tapılmasında kömək etmək üçün nəzərdə tutulmuşdur. Tibbi kitabxanalar adətən xəstəxanalar, tibb məktəbləri, özəl sənaye və tibb sahələrinin nəzdində olur. Tibb kitabxanası MEDLINE verilənlər bazası vasitəsilə bir sıra elektron resurslara, çap və rəqəmsal jurnal kolleksiyalarına və çap istinad kitablarına çıxış əldə edir. Google və PubMED tibbi kitabxanaların fəaliyyətinə böyük təsir göstərir. ABŞ Milli Tibb Kitabxanası dünyanın ən böyük biotibbi kitabxanasıdır və dünyanın ən yaxşı sağlamlıq məlumatlarını təmin edir. Milli Tibb Kitabxanası, MEDLINE və OMIM daxil olmaqla, Entrez axtarış sistemi vasitəsilə axtarıla bilən çoxsaylı tibbi və genomik məlumat bazalarında özünü əks etdirir. Avropada isə en geniş kitabxana Almaniya Milli Tibb Kitabxanasıdır (ZB MED). == Akreditasiya == Akkreditasiyadan keçmək üçün hər bir Amerika və Kanada tibb, tibb bacısı, stomatologiya, əczaçılıq və ya baytarlıq kolleclərində ehtiyaclarına uyğun sağlamlıq və ya tibb kitabxanası olmalıdır. Bəzi akademik tibb kitabxanaları ümumi kitabxana ilə eyni binada yerləşir, lakin əksəriyyəti tibb kollecinin yaxınlığında yerləşir. == Tibb kitabxanaçısı == Tibb kitabxanaçıları tibb peşələrində tədqiqatlarla kömək edən təcrübəli mütəxəssislərdir.
Şəxsi kitabxana
Şəxsi kitabxana — bir şəxs tərəfindən əsasən öz istifadəsi üçün yaradılmış kitabxana. Şəxsi kitabxanalar həcm etibarilə digər tip kitabxanalardan bir necə dəfə kiçik olur və kitabların çeşidi həmin şəxsi maraq dairəsi ilə məhdudlaşır. == Tarixi == Tarixdə məlum olan ilkin şəxsi kitabxanalar məbədlərin və elm mərkəzlərinin daxilində yerləşirdi. Şəxsi kitabxana sahibi olan şəxslər bir mənalı şəkildə yüksək təbəqənin nümayəndələri idilər. Tarixə məlum olan ilk şəxsi kitabxana Assuriya hökmdarı Aşşurbanipala aid olmuşdur. Nineviya şəhərində yerləşən həmin kitabxanada hökmdarı maraqlandıran müxtəlif tipli kitablar saxlanılırdı.